17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Beynəlxalq Hava Limanında payız-qış mövsümünə hazırlıq yüksək səviyyədədir
Son illər Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası yenilənib, sərnişin və yükdaşımalarının rahat və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. İnfrastrukturun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində hava limanının fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi təmin etmək məqsədilə alınan müxtəlif təyinatlı yeni maşın-mexanizmlər mühüm rol oynayır. Payız-qış mövsümündə xidmət üçün nəzərdə tutulmuş bu texniki vasitələr limanın fasiləsiz və təhlükəsiz fəaliyyətinə geniş imkanlar açır.
Naxçıvan Beynəlxalq Hava Limanının direktor müavini Ceyhun Zeynalovun verdiyi məlumata görə, payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər daim diqqətdə saxlanılır. Mövsümlə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində, xüsusilə qış fəslində uçuş-enmə zolağının və perronun qardan, buzdan təmizlənməsi üçün istifadə olunacaq avtomobillər hazır vəziyyətə gətirilib. Belə ki, ABŞ istehsalı olan “Qlobal” markalı avtomaşın buzlaşma zamanı təyyarələrin hava limanında qəbul olunması üçün istifadə edilir. Bazasında qartəmizləyən kürək, fırçalı diyircək və yüksək təzyiqlə havavuran “MAN” və yəhərli dartıcı bazasında qartəmizləyən kürək, fırçalı diyircək və yüksək təzyiqlə havavuran “VOLVO” markalı avtomaşınlar, habelə “SUPRA” markalı frezer rotorlu qartəmizləyən, istilik verərək buzəridən qurğular və digər qarkürəyən texniki vasitələr ən soyuq və qarlı hava şəraitində belə, hava limanında xidmətin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır.
Bundan əlavə, işıq-siqnal sisteminin yararlılığının və bütün güc kabellərinin izolyasiyasının, qazanxana bölümündə istilik qazanlarının yoxlanması, ehtiyat hissələrinin yeniləri ilə əvəz olunması, dizel generatorlarına, transformatorlara, elektrik verilişi xətlərinə xidmət göstərilməsi işi yekunlaşdırılıb. Hava limanının mövsümün hadisəsiz başa vurulmasına cavabdeh xidmətlərinin maddi-texniki bazası möhkəmləndirilib, işçi heyətlə nəzəri və praktik məşğələlər aparılıb. Sərnişinlərin qış aylarında rahatlığının təmin olunması məqsədilə aerovağzal kompleksində də profilaktik tədbirlər həyata keçirilib. Yaradılan şərait və mövsümlə əlaqədar həyata keçirilən tədbirlər qış mövsümündə sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcək.
Qeyd edək ki, aerovağzal binasından istifadə edən sərnişinlərin sayını saatda 600 nəfərə çatdıran Naxçıvan Beynəlxalq Hava Limanı eyni vaxtda bir neçə təyyarəni, o cümlədən tranzit uçan təyyarələri qəbul edib, yolasalma imkanına malikdir.