SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN BEYNƏLXALQ HAVA LİMANI XÜSUSİ GÜZƏŞTLƏR TƏQDİM EDİR

12-01-2016, 17:16 | Oxunub: 17 717 |

NAXÇIVAN BEYNƏLXALQ HAVA LİMANI XÜSUSİ GÜZƏŞTLƏR TƏQDİM EDİR
Muxtar respublikada nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Beynəlxalq Hava Limanının hərtərəfli fəaliyyət göstərməsinə şərait yaradıb. Ötən bir neçə il ərzində hava limanında yeni inzibati bina istifadəyə verilib, təhlükəsizliyi gücləndirmək məqsədilə müxtəliftəyinatlı yeni maşın-mexanizmlər alınıb, sərnişin daşımaları ilə bağlı xidmətin səviyyəsi daha da yüksəldilib.

"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən verilən məlumata görə, 2015-ci ilin dekabr ayında hava limanının “Şərq Terminalı” fəaliyyətə başlayıb. Sərnişinlərə yüksək səviyyəli xidmət göstərmək üçün burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Bundan əlavə, terminalda hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb, yeni baqaj konveyeri və eskalatorlar istifadəyə verilib.
Bu günlərdə CİP xidmətinin təkmilləşdirilməsi sərnişinlərə hava limanının yüksək səviyyəli xidmətlərindən istifadə etməyə imkan verir. Belə ki, bu xidmətdən istifadə edənlər üçün xüsusi ayrılmış gözləmə zalında hərtərəfli şərait yaradılıb. Burada televizor, məlumat monitoru, “Wi-Fi” internet şəbəkəsi quraşdırılıb, yumşaq divan və kreslolar qoyulub. Xidmətin istifadəçiləri gözləmə zamanı muxtar respublikamızda istehsal olunan şirniyyatlardan, soyuq içkilərdən, yerli təbii bitki çaylarından, yeni yaradılmış avtomobil dayanacağından istifadə edə bilərlər.
CİP xidməti sərnişinlərə yük və baqajların daşınmasında, eləcə də xüsusi mikroavtobusdan istifadə etməklə, ümumi zala daxil olmadan rahatlıqla təyyarəyə minməkdə xüsusi güzəştlər təqdim edir.
Hava limanından verilən məlumata görə, xidmətdən istifadə etmək istəyənlər əvvəlcədən bunun üçün nəzərdə tutulmuş 544-47-08 nömrəli telefona zəng edib əlaqə saxlamalıdırlar.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR