17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAXÇIVANIN ENERGETİKA SAHƏSİNDƏ UĞURLU NAİLİYYƏTLƏRİ
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən 2015-ci ildə xüsusi energetika proqramı icra olunub, yeni elektrik stansiyalarının tikintisi və elektrik təsərrüfatının istismar səviyyəsinin yaxşılaşdırılması diqqətdə saxlanılıb.
"EMTV.az" xəbər verir ki, Muxtar Respublikada yaşayış məntəqələrinin, istehsal müəssisələrinin daimi və dayanıqlı elektrik enerjisi ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ən əhəmiyyətlisi dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi olub.
Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində görülən işlərin tərkib hissəsi olan 20 meqavatlıq Günəş Elektrik Stansiyası uzun illər abonentləri elektrik enerjisi ilə təmin edəcək. Bu gün də muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi diqqətdə saxlanılır. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyası inşa olunur.
Ötən il Naxçıvan Modul Elektrik Stansiyasında mövcud olan 10 aqreqat və inzibati bina əsaslı təmir olunub, ehtiyat hissələri və yağ tədarük edilib. Araz Su Elektrik Stansiyasının turbinləri də təmir edilib, akkumulyator batareyaları yenilənib. Bundan başqa, yeni bina ilə təmin olunan “Araz” yarımstansiyasında müasir idarəetmə, mühafizə və avtomatika qurğuları quraşdırılıb. Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasının, Biləv, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının da fasiləsiz fəaliyyəti təmin edilib və elektrik enerjisi istehsalı rejimə uyğun həyata keçirilib.
Energetika proqramına uyğun olaraq energetiklərin iş şəraitinin yaxşılaşdırılması, yüksəkgərginlikli transformator yarımstansiyalarının tikilməsi və elektrik verilişi xətlərinin çəkilişi davam etdirilib. Ötən dövrdə Kəngərli Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilib, işçilər mütəmadi olaraq mühafizə vasitələri və mövsümə uyğun geyim dəstləri ilə təmin olunublar. Bununla yanaşı, Kəngərli rayonunda 35 meqavolt-amper gücündə “Qıvraq”, 6300 kilovolt-amperlik “Qıvraq nasos” və Babək rayonunda 1260 kilovolt-amperlik “Nehrəm” yarımstansiyaları tikilib istismara verilib. Həmçinin Kəngərli rayonunda istifadəyə verilən yeni sənaye kompleksi üçün 110/10 kilovoltluq 10 meqavolt-amper güclü transformator yarımstansiyası quraşdırılıb. Ümumiyyətlə, 2015-ci ildə muxtar respublikanın yaşayış məntəqələrində 10/0,4 kilovoltluq müxtəlif güclü 44 transformator yarımstansiyası quraşdırılıb, 84 kilometrlik elektrik verilişi xətti çəkilib, 7,5 kilometr hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilib. İl ərzində Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 160 müxtəlif güclü transformator əsaslı təmir olunaraq istismara buraxılıb.