SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yeni komissiya yaradıldı – Sədr təyin edildi

6-06-2017, 12:21 | Oxunub: 13 994 |

Yeni komissiya yaradıldı – Sədr təyin edildi
Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli komissiya sədri təyin edilib.

Humanitar Elmlər Bölməsinin bu gün keçirilən Büro iclasında AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “AMEA-nın professoru” elmi adı haqqında Əsasnaməyə uyğun olaraq HEB üzvlərindən ibarət Ekspert komissiyasının yaradılması məsələsi müzakirə edilib. Bölmənin qərarı ilə akademik Teymur Kərimli komissiyanın sədri təyin edilib.

İclasda bildirilib ki, AMEA Rəyasət Heyətinin 19 aprel 2017-ci il tarixli qərarı ilə elan edilmiş “AMEA-nın professoru” müsabiqəsində iştirak üçün humanitar elmlər üzrə dörd alimin namizədliyi irəli sürülüb. Bunlardan iki nəfər Ədəbiyyat İnstitutunun, bir nəfər Dilçilik İnstitutunun, bir nəfər isə Azərbaycan Dillər Universitetinin əməkdaşıdır.

Akademik Teymur Kərimli bildirib ki, müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisə və ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər əldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanması, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorlarının iştirak edir.

Tədbirdə bölmə filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərlinin Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR