SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib

23-05-2017, 10:25 | Oxunub: 8 678 |

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib
Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündə­likdəki məsələlərlə tanış edib.
Sonra bölmənin Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, dosent Sahib Hacı­yevin “Naxçıvan Muxtar Respublikası torpaqlarının tədqiqi və mədəni-təbii bitkilərə yararlı torpaqların qiymətləndirilməsi” mövzusunda elmi məruzəsi dinlənilib. Sahib Hacı­yev ölkədə aqrar sektoru inkişaf etdirmək məqsədilə irimiqyaslı dövlət proqramlarının həyata keçirildiyini, bir sıra vacib dövlət sənədlərinin imzalandığını deyib.


Bildirib ki, aqrar sektorun inkişafında əsaslı rol oynayan torpaq ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni metodların köməyi ilə regionun torpaqları elmi əsaslarla öyrənilməyə başlanılıb. Tədqiqat işi Naxçıvan Muxtar Respublikası ərazisində 550 min 275 hektar sahəni əhatə edib və əkinəyararlı 162 min 391 hektar sahədə yem, taxıl, üzüm və tərəvəzaltı torpaqlar götürülüb. Torpaqların öyrənilməsi məqsədilə müəyyən edilən istiqamətlər üzrə 150-dən çox ekspedisiyaya gedilib.

Məruzəçi aparılan tədqiqatlar əsasında Naxçıvanın təbii, xüsusilə mədəni bitkilərin inkişaf etdiyi yararlı torpaqların ümumi sahəsinin müəyyənləşdirildiyini, orta məhsuldarlığın və qiymət ballarının hesablandığını bildirib.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliliyini yüksəltmək üçün laboratoriya rəhbərinə müvafiq tapşı­rıqlar verilib.


İclasda akademik İsmayıl Hacıyev “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələri”nin icrası ilə bağlı fəaliyyət proqramı barədə iştirakçılara məlumat verib. Müzakirələrdən sonra 17 bölmədən ibarət əsasnamə Rəyasət Heyətində təsdiq olunub.
İsmayıl Hacıyev cari ildə də qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, qədim folklor nümunələrinin toplanması, bitki və heyvanlar aləminə aid zəngin materialların, faydalı bitkilərin müəyyənləşdirilməsi, o cümlədən tədqiqat işlərinin nəticəsi olaraq ümumiləşdirici əsərlərin, mоnоqrafiyaların və kitabların hazırlanıb çap etdirilməsinin vacib­liyindən danışıb. Akademik Naxçıvan ərazisində müvafiq elmi ekspedisiyaların təşkili və keçirilməsi ilə bağlı institut direktorlarına tapşı­rıqlar verib.
Daha sonra bölmənin şöbə və laboratoriyalarına alınan müasir cihaz və avadanlıqların vəziyyəti barədə Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov çıxış edib.


Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR