SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda üzümçülüyün elmi əsaslarla inkişafına dair dəyərli tədqiqat əsəri işıq üzü görüb

18-07-2017, 12:35 | Oxunub: 8 080 |

Naxçıvanda üzümçülüyün elmi əsaslarla inkişafına dair  dəyərli tədqiqat əsəri işıq üzü görüb
Naxçıvan Muxtar Respublikasında iqtisadi səmərəlilik baxımdan gəlirli sahələrdən olan üzümçülüyün elmi əsaslarla inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır, fermer təsərrüfatları yaradılır, yeni üzüm bağları salınır. AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun meyvə, tərəvəz və üzümçülük laboratoriyasında aparılan elmi-tədqiqat işləri bu baxımdan mühüm elmi-praktik əhəmiyyətə malikdir.

Bu günlərdə laboratoriyanın rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyev və AMEA Genetik Ehtiyatlar İnstitutunun meyvə bitkiləri şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayevin həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının üzüm genofondu və seleksiyası” monoqrafiyası üzümçülüyün inkişafına dəyərli töhfələr verə biləcək elmi əsər kimi diqqəti cəlb edir.

Monoqrafiya giriş və 6 fəsil olmaqla, 269 səhifədən ibarətdir. Kitabda üzümçülüyün dünya miqyasında, həmçinin Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında müasir vəziyyəti, əsas tədqiqat sahələri, aqrar sektorda əhəmiyyəti və gələcək inkişaf istiqamətləri öz əksini tapıb. Muxtar respublikada üzümün ekoloji problemləri təhlil edilib, onların həlli yolları göstərilib. Bununla bərabər, Naxçıvanda üzüm genofondunun ampeloqrafik tədqiqinin nəticələri, introduksiya olunmuş üzüm sortlarının biomorfoloji və aqrobioloji xüsusiyyətlərinin tədqiqi ilə bağlı geniş məlumatlar diqqəti cəlb edir. Bölgədə aparılan üzüm seleksiyasının əsas istiqamətləri, seleksiya yolu ilə alınmış iqtisadi əhəmiyyətli yeni sortların tədqiqinə əsaslanan yeni üzüm sort və formalarının ampeloqrafik təsviri də oxucuların marağına səbəb olacaq. Monoqrafiyanın sonunda əldə olunmuş elmi nəticələr, təkliflər yer alıb, elmi nəticələrin ümumiləşdirilməsində müvafiq cədvəllərdən, sxem, diaqram və histoqramlardan, fotoşəkillərdən istifadə edilib.

Qeyd edək ki, monoqrafiya bölgədə üzüm genofondunun kompleks tədqiqinə və seleksiya problemlərinə həsr olunmuş ilk elmi əsərdir. Yeni nəşrdə muxtar respublika ərazisində yayılan yabanı üzüm biotiplərinin – 92 aborigen, 23 introduksiya olunmuş üzüm sortunun, həmçinin seleksiya yolu ilə əldə edilmiş klon və formaların biomorfoloji, aqrobioloji xüsusiyyətləri, iqtisadi qiymətləndirmənin nəticələri öz əksini tapıb. Kitabda aborigen sortların morfogenetik analizlərinin nəticələri, yeni hazırlanmış üzümün ampeloqrafik rəqəmsal təyini üsulu və poliploid formaların alınması üçün metodikalar, həmçinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmiş yeni sortların təsvirləri verilib.

Elmi əsər magistrlər, doktorantlar, elmi işçilər, üzümçülüklə məşğul olan fərdi təsərrüfat sahibləri, fermerlər üçün əsaslı elmi mənbə rolunu oynayır.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR