SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildi nəşrə hazırlanır

13-07-2017, 12:27 | Oxunub: 7 964 |

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildi nəşrə hazırlanır
AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildinin hazırlanması istiqamətində görülən işlərlə əlaqədar işçi qrupunun görüşü olub.

Akademiyanın Naxçıvan Bölməsinin informasiya şöbəsindən mətbuata bildirilib ki, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovun və coğrafiya elmlər doktoru Zakir Eminovun iştirak etdiyi görüşdə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildində fəsillər üzrə xronoloji ardıcıllıqla hazırlanan məqalələrə baxılıb. Yeni nəşrin elmi dəyərini daha da artıracaq əlavələr - şəkillər, xəritələr müzakirə edilib.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildində Naxçıvanın iqtisadi-sosial coğrafiyasının hərtərəfli təhlilinə aid materiallar veriləcək. Belə ki, girişdən, 10 fəsildən, ədəbiyyat siyahısından və əlavələrdən ibarət olacaq kitabda muxtar respublika əhalisinin təbii artım xüsusiyyətləri, məskunlaşma məsələləri, yaşayış məntəqələrinin funksional problemləri, intensiv baş verən dəyişikliklər, ən yeni statistik məlumatlar öz əksini tapacaq. Eyni zamanda, Naxçıvanda sənayenin, kənd təsərrüfatının, nəqliyyatın müstəqillik illərində inkişaf dinamikası barədə ətraflı məlumat veriləcək. Sosial sahədə baş verən əhəmiyyətli dəyişikliklər konkret faktlarla geniş oxucu kütləsinə təqdim olunacaq.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildində zəngin təbii şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Naxçıvan ərazisinin geoloji quruluşu, relyefi, iqlimi, su ehtiyatları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri müəyyənləşdirilib və onlar geniş şərh edilib.


Kitabların bu ilin sonunadək çapı nəzərdə tutulub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR