17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı” kitabının təqdimat mərasimi olub
Naxçıvan Dövlət Universitetinin (NDU) elmi kitabxanasında universitetin dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı (1924-2014-cü illər)” kitabının təqdimat mərasimi olub.
NDU-nun mətbuat şöbəsindən azərtac-a bildirilib ki, təqdimat mərasimində universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək ali məktəbin Elmi Şurasının qərarı ilə “Əcəmi” nəşriyyatında işıq üzü görən monoqrafiyanın muxtar respublikada həyata keçirilən aqrar islahatlardan, xalq təsərrüfatının, yerli iqtisadiyyatın inkişafına xidmət edən dövlət siyasətinin uğurlarından bəhs etdiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə iqtisadiyyatın bu və ya digər sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də genişmiqyaslı islahatlar aparılması, müstəqillik illərində muxtar respublikada kənd təsərrüfatının mühüm nailiyyətlər əldə etməsi monoqrafiyada öz əksini tapıb.
Ümumi tarix kafedrasının dosenti İsmayıl Zeynalov çıxışında bildirib ki, dörd fəsildən ibarət monoqrafiyada müxtəlif tarixi mərhələlərdə muxtar respublikada kənd təsərrüfatının heyvandarlıq, quşçuluq kimi mühüm sahələrinin, habelə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, meyvəçiliyin inkişafı, əkinəyararlı sahələrin genişləndirilməsi və məhsuldarlığının ildən-ilə artırılması, maddi-texniki bazanın gücləndirilməsi statistik göstəricilər əsasında araşdırılıb. Çoxsaylı elmi mənbələrə istinadən sistematik şəkildə yazılmış yeni tədqiqat əsəri muxtar respublikanın kənd təsərrüfatı tarixinin öyrənilməsi baxımından mühüm elmi dəyər kəsb edir.
Azərbaycan tarixi kafedrasını dosenti Sevinc Abbasova monoqrafiyanın “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı (1991-2014-cü illər)” adlanan dördüncü fəsli ilə bağlı məruzə edərək qeyd edib ki, bu fəsildə müstəqilliyin ilk illərindən etibarən regionda ictimai-siyasi sabitlik şəraitində kənd təsərrüfatının müxtəlif sahələrindəki dirçəliş elmi əsaslarla, real faktlarla tədqiq edilib. Bu fəsildə işğalçı Ermənistan Respublikasının silahlı təxribatlarının Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatına ağır zərbə vurması da real təsdiqini tapıb.
Təqdimat mərasiminin sonunda müəllif çıxış edərək tədbirin təşkilatçılarına, monoqrafiyanın ərsəyə gəlməsində xüsusi əməyi olan AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevə, AMEA-nın müxbir üzvləri Zəhmət Şahverdiyevə, Fəxrəddin Səfərliyə və digərlərinə minnətdarlığını bildirib.
Emtv.az