SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İlahiyyat İnstitutunda “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır

22-01-2019, 16:56 | Oxunub: 16 852 |

İlahiyyat İnstitutunda “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilinin və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan “Nəsimi İli” elan olunub.

Bu il, həmçinin dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunur.

Dövlətimiz tərəfindən “Nəsimi İli”nin elan edilməsi ədibə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Bu Sərəncam, həmçinin ölkə Prezident İlham Əliyevin sözə, sənətkara, yaradıcılığa, ədəbiyyata və ümumilkdə, Azərbaycan mədəniyyətinə verdiyi misilsiz dəyərin ifadəsidir.

Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqının çoxəsrlik ənənələrinə malik bədii və fəlsəfi fikir tarixində dərin iz buraxmış mütəfəkkir-şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Qeyd edilməlidir ki, Nəsimi yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği ümmummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Dahi Azərbaycan mütəfəkkirinin 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya tanıdılıması baxımından böyük rola malik olub. Həmin dövrdən etibarən, İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırma aparılıb.

İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan Nəsimi yaradıcılığında sufizm və multikultural mahiyyət xüsusi nəzərə çarpır. Mütəfəkkirin bədii yaradıcılığının tədqiqi Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə, irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Aİİ rektoru C.Məmmədov bildirib ki, İnstitut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.

Vurğulanıb ki, ali təhsil müəssisəsində bu il ərzində Nəsimi yaradıcılığına həsr olunmuş silsilə tədbirlər həyata keçiriləcəkdir. “Nəsimi İli” çərçivəsində İnstitutda “İslam irfan ənənəsinin formalaşmasında İmadəddin Nəsiminin rolu” mövzusunda elmi konfrans, Milli-Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda “dəyirmi masa”, tələbələrdə mental və ali dəyərlərin təbliği məqsədilə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş şeir, nəsr müsabiqəsi, həmçinin bir sıra digər tədbirlər təşkil ediləcək.

Nəzrin Abbaszadə
Emtv.az


OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR