18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Novruz bayramı ərəfəsində əfv ola bilər
“İndiyə kimi olan təcrübələrə baxsaq görərik ki, mart ayında cənab prezidentin əfv sərəncamları olub. Yalnız ötən il əfv cümhuriyyətin 100 illiyi ilə əlaqədar may ayına təsadüf edib. Ondan əvvəlki illərdə bir qayda olaraq Novruz bayramı ərəfəsində əfv sərəncamı verilib”.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində əfv ola bilər: “Bununla bağlı son qərarı cənab prezident verir. İndidən qəti fikir söyləmək doğru olmaz”.
Ə.Nuriyev, həmçinin qeyd edib ki, Əfv Məsələləri Komissiyası fasiləsiz iş aparır, sənədlər qəbul olunur və müvafiq arayışlar hazırlanır.
Qeyd edək ki, dövlət başçısı ötən il mayın 24-də əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 634 məhkuma şamil olunub.
Sevinc Əlimova,
Emtv.az
Paylaş: