SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ramazan münasibətilə əfv fərmanı imzalana bilər

18-05-2017, 12:58 | Oxunub: 8 478 |

Ramazan münasibətilə əfv fərmanı imzalana bilər
Azərbaycanda növbəti əfv fərmanının iyun ayında veriləcəyi barədə məlumatlar var. Mətbuata daxil olan məlumata görə, 423 nəfəri əhatə edən sonuncu əfv sərəncamı bu ilin martında verildiyi üçün 28 May Respublika günündə əfv olmayacaq.

Mənbənin dediyinə görə, əfvin iyun ayına ertələnməsinin mühüm səbəbləri var. Belə ki, iyunun 26-27-si Ramazan bayramı qeyd olunacaq. 2017-ci il ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Üstəlik, ölkəmiz hazırda davam edən çox mühüm yarışmaya – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Odur ki, növbəti humanist addımın məhz bu münasibətlə atılması olduqca məntiqli görünür.
Qeyd edək ki, 26 iyun həm də Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü kimi qeyd olunur və bu il ordumuzun 99 yaşı tamam olacaq. İki əlamətdar bayram münasibətilə əfvin imzalanması hər kəsin ürəyincə olardı.


Düzdür, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilməyib. Ancaq mütəmadi şəkildə Komissiyaya müraciətlərin ünvanlandığını nəzərə alsaq, iclasların qarşıdakı zaman kəsiyində də keçirilməsi mümkündür.
Onu da qeyd edək ki, əfv sərəncamları çox hallarda Novruz bayramı, yaxud 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə imzalanıb. Lakin Prezidentin müstəsna səlahiyyətlərinə daxil olduğu üçün dövlət başçısı istənilən zaman bununla bağlı qərarını verə bilər. Yeri gəlmişkən, 2012-ci ilin 22 iyununda bir sıra tanınmış siyasiləri də əhatə edən 66 nəfərə şamil olunan əfv fərmanının imzalanması da faktdır.


İnsan haqları müdafiəçisi, Dilarə Əliyeva adına Qadınları Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu saytımıza açıqlamasında gözləntilərin əbəs olmadığın bildirib: “Növbəti əfv fərmanının konkret nə zaman imzalanacağını dəqiq bilmirik, amma biz də ümidlə gözləyirik. Düzdür, hələ Prezident yanında Əfv Məsələləri Komissiyası toplaşmayıb, lakin bizim dəqiq məlumatımız var ki, əfv olacaq. Çünki müəyyən şəxslərlə görüşlər olur, bu istiqamətdə iş gedir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR