18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
BAYRAMDA ƏFV OLA BİLƏR
Əfv Komissiyasının üzvü: "Siyahı hazırlanaraq prezidentə təqdim olunacaq".
Bu il növbəti əfv fərmanı ola bilər. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində əfv haqqında fərman imzalayacağı gözlənilir.
"EMTV.az" xəbər verir ki, Bu barədə məlumatı ANS PRESS-ə Əfv Komissiyasının üzvi, deputat Məlahət İbrahimqızı verib. Onun sözlərinə əsasən, hər il olduğu kimi bu il də prezident tərəfindən əfv fərmanının imzalanacağı gözlənilir:
"Biz bununla bağlı hal-hazırda iş aparırıq. Müraciət edən məhbusların hər birini fərdi olaraq araşdırırıq. Onların həbsxanada olduğu müddətdə hansı əməllər gördükləri, hansı cinayət əməlinə görə həbs olunduqları və məhbusun özünün fikirləri əfv olunmada əsas götürülür".
Deputat baxılan müraciətlər arasında bir neçə il cəza çəkənlərlə yanaşı, ömürlük azadlıqdan məhrum edilənlərin də olduğunu deyib. "Araşdırmalarımız bitdikdən sonra siyahı İlham Əliyeva təqdim olunacaq və o da bununla bağlı fərman imzalaya bilər".
Bu zamana kimi İlham Əliyev məhbusların azad olunması ilə haqqında 59 fərman imzalayıb, Milli Məclis amnistiya haqqında 10 akt qəbul edib, nəticədə 467 məhbus azadlığa buraxılıb.
Sonuncu dəfə əfv sərəncamı bu ilin mart ayında - Novruz bayramı ərəfəsində imzalanıb. Sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.