SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Əfv sərəncamı imzalandı - Siyahıda müxalifətçilər, məşhur general da var

17-03-2017, 12:55 | Oxunub: 9 173 |

Əfv sərəncamı imzalandı - Siyahıda müxalifətçilər, məşhur general da var
Azərbaycanda növbəti əfv verilib.

Emtv.az apa-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.

Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid BakiPost.az-a açıqlamasında bildirib ki, Əfv sərəncamı 450-ə yaxın məhkuma şamil ediləcək: "450-ə qədər məhkum azad edilə bilər. Yaxın dəqiqələrdə siyahı tam olaraq açıqlanacaq”.

Bu gün prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında Azadlıq qəzetinin baş redaktoru, mühacirətdə olan jurnalist Qənimət Zahidin qohumlarının da adı var.

Bu barədə BakiPost.az-a Əfv Məsələləri üzrə Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. Bildirib ki, siyahıya 423 nəfərin adı daxil edilib.

Məlumat üçün bildirək ki, Qənimət Zahidin məhkumluq həyatı yaşayan qohumları Rüfət Zahidov və Rövşən Zahidovdur.

Qeyd edək ki, Prezident İlham Əliyev əfv sərəncamını bu gün imzalayıb. Lakin əfv olunan şəxslərin siyahısı hələ açıqlanmayıb.

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında ömürlük həbs cəzası almış 2 nəfərin cəza müddəti 15 ilə endirilib.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bakipost.az-a açıqlamasında deyib ki, bu şəxslərdən biri biri "Qara kəmər" əməliyyatı zamanı həbs edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovdur.

Qeyd edək ki, Zakir Nəsirov 8 iyun 2005-ci il tarixində həbs edilib.

Emtv.az/Seymur Rəhimov

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR