17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Azərbaycanda böyük amnistiya gözlənilir - Komissiya üzvlərindən anons
Azərbaycanda hər il bayramlar ərəfəsində məhbusların əfv olunması ənənə halını alıb. Müxtəlif bayramlarda imzalanan əfv fərmanları ilə yüzlərlə məhbus azadlığa çıxır.
Ramazan bayramı ilə əlaqədar əfv sərəncamı imzalanmadığı üçün, yaxınları həbsdə olan şəxslər gözünü sentyabrın 1-də qeyd olunacaq Qurban bayramına dikib.
Emtv.az xəbər verir ki, bu səbəbdən bakupost.az-ın əməkdaşı Qurban bayramı ilə əlaqədar əfvin olub-olmayacağı ilə bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvlərinə müraciət edib.
Komissiyanın səlahiyyətli şəxsi Mehdi Mehdiyev bu qədər yaxın bir vaxtda əfvin olacağına inanmadığını bildirib: "Novruz Bayramı ərəfəsində əfv olub. Ona görə də belə yaxın bir tarixdə növbəti əfv sərəncamının imzalanağına inanmıram. İlin sonunda əfv ola bilər”.
M.Mehdiyev bununla belə, qeyd edib ki, məsələ Milli Məclisdə qaldırılsa, komissiya müraciətə baxa bilər: "Bu ərəfədə Milli Məclisdə bu məsələni qaldıran olsa, amnistiya ola bilər”.
Əfv Komissiyasının digər üzvü Əliməmməd Nuriyev da həmkarıyla həmfikirdir: "Əfv sərəncamının belə tezliklə imzalanacağına güman etmirəm. Amma bu, cənab prezidentin səlahiyyətində olan məsələdir; əfv sərəncamını hər zaman imzalamaq hüququna malikdir. Lakin nəzərə almaq lazımdır ki, mart ayında prezident tərəfindən 423 nəfərin əfv olunmasıyla bağlı sərəncam imzalanmışdı. Bunun üzərindən elə böyük bir vaxt keçməyib. Bu baxımdan da Qurban bayramı ərəfəsində əfv olacağını güman etmirəm”.
Amnistiya aktının qəbul edilməsinə gəlincə, Ə. Nuriyev məhkumları və onların yaxınlarını sevindirəcək xəbər verib: "Gələn il həm cümhuriyyətin 100 illiyi ilə bağlı, həm də mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar amnistiya aktının olmasını istisna etmirəm. Amma buna hələ çox var. Bu il isə amnistiyanın olacağına inanmıram”.
Komissiya üzvü Azərbaycanda indiyə kimi 11 dəfə amnistiya aktı qəbul edildiyini deyib: "Bu aktların 3-ü ilə bağlı təşəbbüs birinci xanım, həmin vaxt Milli Məclisin deputatı olan Mehriban Əliyeva tərəfindən irəli sürülüb. Bununla da müstəqillik əldə ediləndən bu vaxta kimi Azərbaycanda 120 minə qədər şəxs amnistiya aktına düşüb”.
Emtv.az