SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada 524 milyon 186 min manatdan çox ümumi daxili məhsul istehsal edilib

19-04-2018, 13:37 | Oxunub: 8 067 |

Muxtar respublikada 524 milyon 186 min manatdan çox ümumi daxili məhsul istehsal edilib
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 524 milyon 186 min manatdan artıq olub. Bu da bir il öncəki müvafiq göstəricidən çoxdur.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 1156 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 54,1 faiz təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,7 faiz, kənd təsərrüfatı məhsulu 3 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 1,6 faiz, o cümlədən mobil rabitə xidməti 1,9 faiz artıb.

Dövlət sektorunda 11 milyon 97 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 229 milyon 944 min 500 manatlıq sənaye məhsulu istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 95,4 faizi özəl sektorun payına düşüb.

Bu dövrdə sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 5 milyon 15 min manat kredit verilib.

Sənayedə istehsal həcminin artması nəticəsində cari ilin ilk rübündə 41 milyon 230 min 700 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR