Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 3,2 faiz artıb
29-03-2018, 13:00 | Oxunub: 11 653 |
Muxtar respublikada bu ilin yanvar-fevral aylarında 345 milyon 898 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən azərtac-ın Naxçıvan bürosuna verilən məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 763,4 manata çatıb.Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 168 milyon 409 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.İnfrastruktur quruculuğu çərçivəsində 2018-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 100 milyon 913 min manat vəsait yönəldilib. Bu, bir il öncəki göstəricidən 4,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 93 milyon 408 min manatı və ya 92,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.2018-ci ilin yanvar-fevral aylarında 14 milyon 610 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Cari ilin iki ayında diri çəkidə 3557 ton ət, 5062,8 ton süd istehsal edilib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 4,5 faiz artıb.Bu ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon 9 min 400 manat olub ki, bu da 2017-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,4 faiz çoxdur. Mobil rabitə xidmətinin dəyəri 7 milyon 326 min manat təşkil edib və bir il öncəyə nisbətdə 1,5 faiz artıb.Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, bəhs olunan dövrdə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 11 milyon 261 min 500 manat məbləğində kreditlər verilib. Verilmiş kreditlərin 685 min 800 manatı və yaxud 6,1 faizi qısamüddətli, 10 milyon 575 min 700 manatı və yaxud 93,9 faizi uzunmüddətli kreditlər olub.
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilib. 1 mart 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 66 min 226-ya çatıb. Bunun da 57 min 722-si və ya 87,2 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-fevral aylarında açılıb 2002 bank hesabının 1967-si aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə martın 1-nə 1265-ə çatıb.2018-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 1 milyon 43 min 300 manat olub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz çoxdur.Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2018-ci ilin yanvar-fevral aylarında 41 milyon 786 min 300 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 36 milyon 750 min 200 ABŞ dolları təşkil edib, 31 milyon 714 min 100 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.2018-ci ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 420,2 manat olub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.Cari il fevralın 1-nə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3629 nəfər artaraq 453 min 33 nəfər olub.Emtv.az
OXŞAR XƏBƏRLƏR