17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi artıb
Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-fevral aylarında 332 milyon 643 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 740 manata çatıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 164 milyon 647 min 700 manat həcmində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 0,9 faiz üstələyib.
Bu ilin yanvar-fevral aylarında 13 milyon 982 min 800 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyib. Muxtar respublika üzrə diri çəkidə 3 min 443 ton ət, 4 min 843,9 ton süd istehsal edilib, bir il öncəyə nisbətdə ət istehsalı 5,7 faiz, süd istehsalı 1,5 faiz artıb.
Əhali gəlirlərinin artımı davam edir. 2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 242 milyon 336 min 900 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 539,1 manat təşkil edib.
Cari ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 413,4 manat təşkil edib və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artıb.
Emtv.az