17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda 156 milyon 900 min manatdan çox ümumi daxili məhsul istehsal olunub
Muxtar respublikada bu ilin yanvar ayında 156 milyon 914 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən mətbuata verilən məlumatda bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 349,2 manata çatıb.
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 88 milyon 215 min 500 manat həcmində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,1 faiz üstələyib.
Ötən ay 7 milyon 179 min 900 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur. Bu dövrdə muxtar respublika üzrə diri çəkidə 1830,7 ton ət, 1937,1 ton süd istehsal edilib, 2016-cı ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 8,5 faiz, süd istehsalı 1,2 faiz artıb.
Əhalinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 103 milyon 537 min 200 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 230,4 manat təşkil edib.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2017-ci ilin yanvar ayında muxtar respublikada 24 milyon 681 min 300 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir ildə 1 faiz artaraq 23 milyon 830 min 600 ABŞ dolları, idxalın həcmi 50,1 faiz azalaraq 850 min 700 ABŞ dolları təşkil edib, 22 milyon 979 min 900 ABŞ dolları həcmində müsbət saldo yaranıb.
Emtv.az