17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 5,4 faiz artıb
Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin yanvar-avqust aylarında 1 milyard 705 milyon 749 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən mətbuata bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artaraq 3788 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 708 milyon 256 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,4 faiz üstələyib.
İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 635 milyon 580 min manat dəyərində investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 594 milyon 228 min manatı və ya 93,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Bu ilin yanvar-avqust aylarında 279 milyon 334 min 800 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu, 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyib. Muxtar respublika üzrə diri çəkidə 13192,5 ton ət, 66050,6 ton süd istehsal edilib, bir il öncəki göstərici ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 7,3 faiz artıb.
2017-ci ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 33 milyon 531 min 100 manat olub. Bu isə 2016-cı ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,6 faiz çoxdur. Mobil rabitə xidmətinin dəyəri 27 milyon 704 min manat təşkil edib və bir il öncəyə nisbətdə 1,6 faiz çox olub.
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 21 milyon 52 min 500 manat məbləğində kreditlər verilib. Verilmiş kreditlərin 3 milyon 82 min 400 manatı və yaxud 14,6 faizi qısamüddətli, 17 milyon 970 min 100 manatı və yaxud 85,4 faizi uzunmüddətli kreditlərdir.
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilib. Sentyabrın 1-nə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 62096-ya çatıb ki, bunun da 53 min 296-sı və ya 85,8 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-avqust aylarında açılmış 20 min bank hesabının 19 min 931-i aktiv hesablar olub.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə sentyabrın 1-nə 1254-ə çatıb.
Yanvar-avqust aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 5 milyon 130 min 200 manat olub. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur.
Ötən səkkiz ayda muxtar respublikaya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz və ya 8659 nəfər çox olmaqla, 243 min 22 nəfər turist gəlib.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 304 milyon 838 min 500 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri son bir il ərzində 1,2 faiz artaraq 284 milyon 341 min 600 ABŞ dolları, idxalın dəyəri 27,1 faiz azalaraq 20 milyon 496 min 900 ABŞ dolları təşkil edib. Nəticədə 263 milyon 844 min 700 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Əhali gəlirlərinin artımı da davam edir. 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyard 189 milyon 760 min 200 manat, onun hər bir nəfərə düşən məbləği isə 0,2 faiz artaraq 2642,2 manat təşkil edib.
Yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 414,3 manat təşkil edib və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artıb.
Avqustun 1-nə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4028 nəfər və ya 0,9 faiz artaraq 451 min 132 nəfər təşkil edib.
Emtv.az