17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Muxtar respublikada ümumi daxili məhsul istehsalının dəyəri 1 milyard 950 milyon manata çatıb
Muxtar respublikada cari ilin yanvar-sentyabr aylarında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının dəyəri 1 milyard 949 milyon manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 1,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artaraq 4327,4 manat olub.
Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi daxili məhsulun tərkibində ilk yeri 28,2 faizlik payla sənaye tutub və maddi istehsalın payı 56,5 faiz təşkil edib.
Yanvar-sentyabr aylarında muxtar respublikada 781 milyon 430 min 500 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 96 faizi malların, 4 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 35 milyon 488 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 745 milyon 941 min 700 manatlıq məhsul istehsal olunub. İstehsal olunan məhsulun 95,5 faizi özəl sektorun payına düşüb.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib. Cari ilin yanvar-sentyabr aylarında 220 milyon 544 min 900 ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1,3 faiz, kənd təsərrüfatı məhsulu 3,8 faiz, nəqliyyat sektorunda yük daşınması 2,1 faiz, informasiya və rabitə xidmətlərinin dəyəri 1,9 faiz, o cümlədən mobil rabitə xidmətinin dəyəri 1,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,8 faiz, ixrac 1,3 faiz, əhalinin gəlirləri 1,2 faiz artıb.
Emtv.az