AMEA-nın Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib
17-04-2018, 16:06 | Oxunub: 10 635 |
Emtv.az azərtac-a istinadən xəbər verir ki, “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının təbiəti” mövzusuna həsr olunan lektoriyanı AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.O, təbiətin mühafizəsinin bütün dövrlərdə ən vacib məsələlərdən olduğunu bildirib. Qeyd edilib ki, biomüxtəlifliyin zəngin olduğu Azərbaycanda təbiətin mühafizəsi, eləcə də müxtəlif ekoloji problemlərin həllinə göstərilən səylər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə diqqət mərkəzində olub. Digər çıxış edənlər də bildiriblər ki, bu sahəyə aid qanunvericilik bazasının hazırlanması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi ölkəmizdə ekoloji mühitin saflaşdırılmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarından başlayaraq Naxçıvan Muxtar Respublikasında ətraf mühitə münasibətin dəyişməsi, ekoloji problemlərin davamlı diqqətdə saxlanılması və digər zəruri tədbirlərin həyata keçirilməsi regionda biomüxtəlifliyin təmin olunmasına gətirib çıxarıb. Eyni zamanda muxtar respublika ərazisində milli park, qoruq, yasaqlıqların yaradılması, ova qadağaların tətbiqi nadir və nəsli kəsilməkdə olan növlərin artımına ciddi təsir edib. Muxtar respublikada ümumi yaşıllıqların sahəsi 1991-ci ildə 1 faizə qədər idisə, hazırda bu göstərici 14 faizi ötüb. Fauna və floranın zənginləşdirilməsi istiqamətində görülən tədbirlərin nəticəsidir ki, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə xeyli yüksəlib.
Sonda məşğələ iştirakçılarını maraqlandıran sullara aydınlıq gətirilib.Emtv.az
OXŞAR XƏBƏRLƏR