17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda Azərbaycan oftalmoloqlarının IV regional konfransı keçirilib
Oktyabrın 20-də Naxçıvanda Azərbaycan oftalmoloqlarının “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” mövzusunda IV regional konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstəsi düzüblər. Sonra Heydər Əliyev muzeyinə baxış olub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək, səhiyyənin inkişafından və oftalmologiya sahəsində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Ali Məclis Sədrinin konfrans iştirakçılarına salamlarını və konfransın təşkilatçılarına təşəkkürünü çatdırıb.
Sonra Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafı sahəsində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə səhiyyə sisteminin yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması, səhiyyə infrastrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində ardıcıl iş aparılır. Bununla yanaşı, ixtisaslı tibbi kadrların hazırlanması da diqqət mərkəzində saxlanılır. Həkimlər müxtəlif ixtisasartırma kurslarına cəlb olunurlar. Həmçinin müxtəlif mövzularda konfranslar təşkil edilir, birgə müayinələr və cərrahi əməliyyatlar aparılır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin IV regional konfransının keçirilməsi ilə bağlı təşəbbüsü, yüksək ixtisaslı həkim briqadalarının yerli həkimlərlə birgə hər il çoxlu sayda müxtəlif cərrahi əməliyyatları uğurla həyata keçirmələri muxtar respublika əhalisinin sağlamlığının qorunmasında, həm də yerli həkimlərin təcrübələrinin artırılmasında əhəmiyyətli rola malikdir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafındakı fəaliyyətinə görə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edib.
Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımova təqdim edib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Qeyd edib ki, konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfü deyil. Azərbaycanın qədim diyarlarından olan Naxçıvanda səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti də yarandığı gündən ölkəmizdə oftalmoloqların peşəkarlıqlarının artırılmasında öz dəstəyini əsirgəməyib. Eyni zamanda oftalmoloqların üzləşdiyi problemlərin həllində öz yardımını göstərib. Naxçıvanda bu tədbirin keçirilməsində də məqsəd göz xəstəlikləri ilə bağlı fikir mübadiləsi aparmaqdan ibarətdir. Konfransda ölkəmizin digər regionlarından olan oftalmoloqlar göz xəstəlikləri ilə bağlı mühazirələrini təqdim edəcəklər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərindən tibb elmləri doktoru Hicran Namazova, professor Kərəm Kərimov, Ceyhun Nəzərli və tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva konfransda çıxış ediblər.
Həmçinin konfransda “Naxçıvanda oftalmoloji xidmətin təşkili və inkişaf tarixi”, “Paralitik çəpgözlüklər: klinika, diaqnostika, cərrahi müalicədə yeniliklərimiz və nailiyyətlərimiz”, “Qarışıq astiqmatizmli xəstələrdə femtolasik texnologiyasının istifadəsi” və digər mövzularda məruzələr dinlənilib, oftalmoloqlar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Emtv.az