SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan: ətraf mühitin mühafizəsi ilə bağlı silsilə aksiyalar davam edir

5-06-2017, 11:34 | Oxunub: 12 433 |

Naxçıvan: ətraf mühitin mühafizəsi ilə bağlı silsilə aksiyalar davam edir
5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyalar muxtar respublikanın bütün bölgələrində davam etdirilir.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, gənclərin iştirakı ilə Babək rayonunun ərazisində yerləşən Uzunoba Su Anbarı ətrafında “Hərəmiz bir ağac əkək” aksiyası keçirilib. Aksiyanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman, Təhsil nazirlikləri və Yeni Azərbaycan Partiyasının müvafiq rayon təşkilatlarının Heydər Əliyev adına gənclər birlikləri təşkil ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi muxtar respublikada diqqət mərkəzində saxlanılır. Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu var. Ona görə də muxtar respublikada əhalinin, xüsusən böyüməkdə olan nəslin ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəsildə ekoloji mədəniyyətin formalaşdırılması və onların ətraf mühitin mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.

Qeyd edilib ki, muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, su potensialı nəzərə alınaraq ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət əraziləri yaradılır.

Aksiya iştirakçıları daha sonra Uzunoba gölünün ətrafındakı ərazidə meşə tingləri əkib, ağaclara qulluq göstərib, ərazini alaq otlarından təmizləyiblər.

Qeyd edək ki, bu gün təhsil müəssisələrinin ətrafında “Yaşıllıqlara qulluq” aksiyaları da keçiriləcək. Naxçıvan Dövlət Universitetinin ərazisində tullantıların yandırıldığı tonqalın ətrafında gənclərin əhaliyə müraciəti oxunacaq. Nəbatat bağında gənclərin iştirakı ilə “Ətraf mühiti necə qoruyuruq?” mövzusunda diskussiya və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Ətraf mühit və biz” mövzusunda gənclərin rəsm əsərlərindən ibarət sərgi-müsabiqə keçiriləcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR