20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
Gənclər Culfa Bayraq Meydanı - Gülüstan türbəsi istiqamətində yürüş ediblər
Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrasına uyğun olaraq gənclərin Culfa Bayraq Meydanı - Gülüstan türbəsi istiqamətində yürüşü təşkil olunub.
Yürüş başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış ediblər.
Bildirilib ki, verilən tapşırıqlara uyğun olaraq Gənclər Fondu ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə hazırladığı qrafikə əsasən gənclərin dağlıq ərazilərə, qoruq və yasaqlıqlara yürüşünün təşkil edilməsi nəzərdə tutulub. Ayda bir dəfə olmaqla muxtar respublikamızın tarixi və təbiət abidələrinə həyata keçiriləcək yürüşlərin məqsədi Naxçıvanın turizm potensialının gənclərə tanıdılması, onların asudə vaxtının səmərəli təşkil edilməsi və bacarıqlı gənclərin üzə çıxarılmasından ibarətdir. Bu tədbirlər həm də gənclərin fiziki hazırlıqlarının möhkəmləndirilməsi və bu sahədə bacarıqlı gənclərin üzə çıxarılmasında da əhəmiyyətli rol oynayacaqdır.
Qeyd olunub ki, keçiriləcək yürüşlərə təkcə Naxçıvan şəhərindəki ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclər deyil, eyni zamanda muxtar respublikanın bölgələrində yaşayan gənclər də cəlb olunacaqlar.
Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi tərəfindən təqdim olunan bədii hissədən sonra gənclərin yürüşünə start verilib. Gülüstan türbəsi istiqamətində 4 kilometrdən artıq məsafəni başa vuran gənclərə türbənin tarixi və onun bərpası haqqında, eyni zamanda böyük təbiət ərazilərini və rəngarəng ekosistemi əhatə edən “Arazboyu” Dövlət Təbiət Yasaqlığı barədə ətraflı məlumat verilib.
Onu da qeyd edək ki, 60-dan çox gəncin iştirak etdiyi yürüşə Hava və Ekstremal İdman Növləri Federasiyasının Culfa rayon bölməsinin üzvləri də qoşulublar. Yürüşdə fəal iştirak edən gənclərə təşkilatçıların fəxri fərmanları təqdim olunub.
Emtv.az