SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda Gənclər Fondunun yaradılmasının 5 illiyi tamam olur

29-03-2017, 14:27 | Oxunub: 10 416 |

Naxçıvanda Gənclər Fondunun yaradılmasının 5 illiyi tamam olur
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılıb, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilib, fondun fəaliyyəti təmin olunub.

Gənclər Fondu ötən 5 ildə fəaliyyətini muxtar respublikada tələbə-gənclərlə iş, onların asudə vaxtının səmərəli təşkil edilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclərlə bağlı layihələrin reallaşdırılması, gənclər arasında müsabiqələrin, intellektual oyunların təşkil olunması, fəal gənclərlə görüşlərin keçirilməsi və digər istiqamətlərdə qurub.

Muxtar respublika əhalisinin böyük bir hissəsini təşkil edən gənclərin əsas qismi ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbə-gənclərdən ibarətdir. Bu amil nəzərə alınaraq tələbələrlə iş Gənclər Fondunun keçirdiyi bütün layihə və tədbirlərdə əsas götürülüb, tələbələr arasında müxtəlif idman yarışları, mədəni tədbirlər, bilik yarışları, muzey ekskursiyaları təşkil olunub. Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və Novruz bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında, yaradıcılıq sahəsində, təhsildə, dövlət qulluğunda, idman yarışlarında, həqiqi hərbi xidmətdə və digər sahələrdə fərqlənən 4 mindən çox gənclə görüşlər keçirilib, 600-dən artıq fəal gənc mükafatlandırılıb.

Ötən dövrdə Gənclər Fondu muxtar respublikada yaşayan istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq gənclər arasında yaradıcılıq müsabiqələrinin keçirilməsini də daim diqqət mərkəzində saxlayıb. Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, tam orta məktəblərin şagirdləri, məhdud fiziki imkanlı gənclər arasında müxtəlif mövzularda keçirilən müsabiqələrdə 5 minə yaxın gənc iştirak edib, 400 gənc isə qalib seçilərək mükafatlara layiq görülüb. Gənclərin təklif və təşəbbüsləri ilə hazırlanmış layihələrin həyata keçirilməsinə də xüsusi diqqət yetirilib. Belə ki, 2 mindən artıq gəncin iştirak etdiyi “Naxçıvanı kəşf et”, “Unipsixoloji forum”, “Gənclərin aktivliyinə dəstək”, “Ekoloji mədəniyyət və ekoturizm”, “Mən Naxçıvanı tanıyıram”, “Zəka oyunları festivalı” və digər bir çox layihələr məhz gənclərin bilavasitə təşəbbüsü ilə reallaşdırılıb.

Ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında inşa-yazı, rəsm müsabiqələrinin, intellektual oyunların keçirilməsi, onların muzeylərə, tarixi abidələrə səfərlərinin, Ağbulaq İstirahət Mərkəzində həftəsonu istirahətlərinin və yay məktəblərinin təşkil olunması, gənclərin elmi potensialının formalaşdırılması, eləcə də onların mütaliə vərdişlərinin və dünyagörüşünün artırılması sahəsində bir sıra layihələr həyata keçirilib. “Naxçıvan: doğma diyar”, “Ümummilli lider Heydər Əliyev və Naxçıvan”, “Naxçıvan: müstəqillik illərində”, “Torpaq, uğrunda ölən varsa Vətəndir” adlı inşa-yazı müsabiqələri, “Hamımızın bir Vətəni var – bu, Azərbaycandır” silsiləsindən tam orta məktəblərin şagirdləri arasında “Xəmsə” intellektual oyunu, vətənpərvərlik mövzusunda şeir müsabiqələri, “Mənim yaradıcılığım” uşaq sərgisi, gənc alimlərin nümunəvi dərsləri və digər tədbirlər muxtar respublikanın tam orta məktəblərində təhsil alan şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlara vətənpərvərlik hisslərinin aşılanması, onların psixoloji vəziyyətinin yüksəldilməsi və bu qrupdan olan istedadlı uşaqların üzə çıxarılması məqsədilə onlar arasında da müxtəlif vaxtlarda yazı, şeir, mahnı və rəsm müsabiqələri keçirilib. Keçirilən tədbirlər bu kateqoriyadan olan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiya edilməsində mühüm rol oynayıb.

Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə ingilis, rus və fransız dilləri üzrə hazırlıq kursları keçirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları və xarici dilin tədrisi üçün lazım olan avadanlıqlarla təmin edilmiş linqafon kabinələrində dövlət vəsaiti hesabına həyata keçirilən kurslarda müxtəlif sahələrdə təhsil alan və ya işləyən gənclərin iştirakı, xarici dilləri mənimsəməsi üçün hər cür şərait yaradılıb. 2014-cü ildən ötən müddət ərzində 323 gənc kurslarda iştirak edib, iştirakçılardan 96-sı sertifikasiya imtahanlarında müvəffəqiyyət qazanaraq sertifikatla təmin olunub. Bundan başqa, 22 muzey bələdçisi xarici dil kurslarına cəlb olunub. Hazırda kurslarda qeydiyyatdan keçmiş gənclərin sayı 1066 nəfərdir.

Fond tərəfindən aidiyyəti təşkilatlarla birlikdə reallaşdırılan tədbirlərdən biri də gənclərin asudə vaxtının səmərəli təşkili və həftəsonu istirahətlərinin, yay məktəblərinin keçirilməsidir. 2013-cü ildən başlayaraq muxtar respublikamızda kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaq İstirahət Mərkəzində gənclərin yay məktəbləri təşkil edilir. Ötən müddətdə Ağbulaq İstirahət Mərkəzində keçirilən həftəsonu istirahətləri və yay məktəblərində 2 mindən çox gəncin istirahəti təmin olunub ki, onların da 200-ə qədəri sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin uşaqları olub.

Muxtar respublikanın turizm potensialının təbliği və tanıdılması qarşıda duran əsas vəzifələrdəndir. 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr bu sahədə yeni işlərin görülməsi üçün geniş şərait yaradıb. “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Naxçıvanqalaya, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasına, Əlincəqalaya, Ordubad rayonundakı muzey və tarixi abidələrə, Gülüstan türbəsinə, Qarabağlar türbəsinə və digər yerlərə səfərləri məhz bu məqsədə – muxtar respublikamızın tarixinin, eləcə də turizm potensialının gənclərə tanıdılması və onların iştirakı ilə təbliği məqsədinə xidmət edir.

Gənclər Fondu tərəfindən muxtar respublikanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı ilə bağlı hazırlanmış videoçarxların, fotoların və digər materialların sosial şəbəkələrdə yerləşdirilməsi də diqqətdə saxlanılıb. Fondun sosial şəbəkə hesablarında (facebook, instagram, twitter, youtube) muxtar respublika ilə bağlı müxtəlif materialların yerləşdirilməsi təmin olunub. Bu günə qədər Gənclər Fondunun sosial şəbəkə hesablarında 9 min 268 foto, 594 video, 357 məlumat olmaqla, cəmi 10 mindən çox material paylaşılıb.

Emtv.az/L.Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR