SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respubliksında idmanın maddi-texniki bazası daha da gücləndirilib

6-03-2017, 15:00 | Oxunub: 15 203 |

Naxçıvan Muxtar Respubliksında idmanın maddi-texniki bazası daha da gücləndirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən respublikamızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

Son illər muxtar respublikada idmanın maddi-texniki bazası xeyli gücləndirilib. Qədim diyarda 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 6 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 Uşaq-Gənclər İdman Məktəbi, Atıcılıq Mərkəzi, Atıcılıq Əyləncə Mərkəzi, stadionlar, peyntbol meydançası, yeni olimpiya ağırlıqqaldırma qurğuları, ümumtəhsil məktəblərində müasir idman zalları və digər idman avadanlıqları istifadəyə verilib. Ötən dövrdə muxtar respublikada idmanın təşkilati-hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb, Boks, Güləş, Karate-do, Şərq Döyüşü Sənəti, Şahmat, Futbol, Voleybol, Basketbol, Paralimpiya, Hava və Ekstremal İdman Növləri və Atıcılıq federasiyaları yaradılıb. Bundan başqa, “Araz-Naxçıvan” peşəkar futbol komandasinin fəaliyyəti bərpa olunub və “Əlincə” stolüstü tennis klubu fəaliyyətə başlayıb.

Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman qurğuları gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Bu gün muxtar respublikamızda, ümumilikdə, 40 minə yaxın yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır.

Ötən il də idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin idmana cəlb olunması istiqamətində bir sıra işlər görülüb, məktəblilərin spartakiadasının keçirilməsi, zonalar üzrə müxtəlif idman yarışlarının təşkili davam etdirilib. Muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, naxçıvanlı idmançılar dünya çempionatlarında 1, Avropa çempionatlarında 5, beynəlxalq turnirlərdə 63, Azərbaycan birinciliklərində 39 medal olmaqla, ümumilikdə, 108 medal qazanıblar. Həmçinin sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin idman bölmələrinə cəlbi, mövcud idman obyektlərindən ödənişsiz istifadəsi təmin olunub, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü, “Şahin” və “Sərhəd” hərbi idman oyunları keçirilib. İdman yarışlarında fərqlənmiş idmançılar haqqında məlumat bankı yaradılıb, onların uğurları kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Muxtar respublikada qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubunda hazırda 150-yə yaxın qız gimnastika ilə məşğul olur. Həmçinin stolüstü tennis bölməsinə müraciət edənlərin əksəriyyətini gənc qızlar təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən, Şərur Olimpiya İdman Kompleksində qızların idmana cəlb edilməsi, idmanın kütləviliyinə nail olunması məqsədilə üzgüçülük, bədii gimnastika və həndbol üzrə bölmələr fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bölmələrdə fəaliyyət göstərən məşqçi-müəllimlərin ixtisasartırma kurslarına göndərilməsi işi də davam etdirilir.

Yaradılan müasir idman infrastrukturu Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açıb. Son illər bu imkanlardan lazımınca istifadə olunur, dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə idmançı muxtar respublikada keçirilən yarışlarda iştirak edir. Naxçıvan Muxtar Respublikasında 2003-cü ildə 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, 2011-ci ildə karate üzrə “Naxçıvan Open” beynəlxalq turniri, 2011-ci ildən etibarən hər il mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirlər, beynəlxalq şahmat festivalları, 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatı və MMA Qran-Pri üzrə Şərqi Avropa çempionatı, 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş qol-bol paralimpiya idman növü üzrə beynəlxalq turnir, 2014-cü ildə veteranlar arasında ağırlıqqaldırma üzrə “Dünya kuboku” uğrunda yarış keçirilib. Həmçinin 2015-ci ildə kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda yarış, 2016-cı ildə Usta ağır atletlər arasında Avropa çempionatı, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə karate üzrə beynəlxalq turnir, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda paralimpiya festivalı, peşəkarlararası kəmər müdafiəsi uğrunda döyüşlər və digər mötəbər idman tədbirləri keçirilib, idmançılarımız muxtar respublikanı və ölkəmizi layiqincə təmsil edərək, yüksək nəticələr qazanıblar.

Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu var. Ona görə də muxtar respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilib. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr də məhz bu məqsədə xidmət edir. Qeyd olunduğu kimi, bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib, müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aid təşkilatlara konkret tapşırıqlar verib. Bu gün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi qarşıya qoyulan bu tapşırıqların icrasını diqqət mərkəzində saxlayır.

Emtv.az
Naxçıvan Muxtar Respubliksında idmanın maddi-texniki bazası daha da gücləndirilib
Naxçıvan Muxtar Respubliksında idmanın maddi-texniki bazası daha da gücləndirilib
Naxçıvan Muxtar Respubliksında idmanın maddi-texniki bazası daha da gücləndirilib
Naxçıvan Muxtar Respubliksında idmanın maddi-texniki bazası daha da gücləndirilib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR