SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

VASİF TALIBOV NAXÇIVAN MR-nın KARATE-DO FEDERASİYASININ SƏDRİNİ İŞDƏN QOVUB

15-01-2016, 20:00 | Oxunub: 18 558 |

VASİF TALIBOV NAXÇIVAN MR-nın KARATE-DO FEDERASİYASININ SƏDRİNİ İŞDƏN QOVUB
Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirə keçirilib.

"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Bu gün muxtar respublika əhalisinin 60 faizdən çoxunu 35 yaşadək gənclərin təşkil etməsi qarşıya mühüm vəzifələr qoyur. Əgər sabitliyi qorumaq, cinayət hadisələrinin qarşısını almaq, ölkənin gələcək inkişafını təmin etmək istəyiriksə, o zaman gənclərlə işə ciddi diqqət yetirmək lazımdır. Muxtar respublikada gənclərin sağlam həyat tərzinə yönəldilməsi, onların vətənpərvər ruhda böyüdülməsi və peşə sahibi olması diqqət mərkəzində saxlanılır, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, qarşıda duran vəzifələr müzakirə olunur.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülən işlər barədə çıxış edərək deyib ki, hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, yeni tikilən tam orta məktəblərdə müasir idman zalları yaradılıb, olimpiya ağırlıqqaldırma qurğuları və 790 sadə tipli idman avadanlıqları istifadəyə verilib. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, onun təşkilati-hüquqi bazası da inkişaf etdirilib, muxtar respublikada 11 idman federasiyası yaradılıb. Hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 40 min nəfəri ötüb. 2015-ci ildə məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçirilməsi diqqətdə saxlanılıb, bədii gimnastika və stolüstü tennis bölmələri yaradılıb, üzgüçülük, ağırlıqqaldırma idman növlərinin inkişafı məqsədilə işlər davam etdirilib. Ötən il muxtar respublika idmançıları dünya çempionatlarında 11, Avropa çempionatlarında 2, beynəlxalq turnirlərdə 16, Azərbaycan birinciliklərində 36 medal qazanıblar. Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançısı I Avropa Oyunlarında iştirak edib və bürünc mükafata layiq görülüb.

Naxçıvan Güləş Federasiyasının üzvü Qabil Musayev deyib ki, muxtar respublikada müasir idman infrastrukturunun yaradılması, maddi-texniki bazasının gücləndirilməsi gənclərin sağlamlığının qorunması, onların asudə vaxtlarının səmərəli təşkili, gənc idmançıların hazırlanması, istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Muxtar respublika idmançıları dövlət qayğısını daim üzərlərində hiss edirlər. Bu qayğı isə idmançıları yeni uğurlar qazanmağa həvəsləndirir. Qabil Musayev yaradılan şəraitə görə muxtar respublika idmançıları adından minnətdarlıq edib, etimadı doğruldacaqlarını bildirib.

Ali Məclisin Sədri qeyd edib ki, ötən müddətdə Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyası öz fəaliyyətini qura bilməyib. Ona görə də Karate-do Federasiyasının fəaliyyətində dönüş yaradılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Ələkbərov federasiyanın yeni sədri təqdim olunur.

Fazil Ələkbərov göstərilən etimada görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ötən müddət ərzində idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər görülmüş, Azərbaycan idman yarışlarının keçirildiyi beynəlxalq mərkəzə çevrilmişdir. Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna mühüm əhəmiyyət verilir. Muxtar respublikada aparılan idman siyasətinin kökündə idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək dayanır. Bu məqsədlə muxtar respublikada müasir idman infrastrukturu yaradılmışdır. Bununla yanaşı uşaq və gənclərin idmana cəlbi istiqamətində də müəyyən işlər görülmüşdür. Hazırda muxtar respublikada 7 yaşdan 18 yaşadək 89 min uşaq və gənc vardır ki, onun da 46 min 853-ü oğlan, 42 min 147-si qızdır. Oğlanlardan 30 min 55 nəfəri, yaxud 64 faizi, qızlardan isə 7 min 226 nəfəri, yaxud 17 faizi idmanla məşğul olur. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən isə 133-ü idmanla məşğul olur ki, bunun da 102-si oğlan, 31-i isə qızdır. Əvvəlki dövrlərlə müqayisədə 2015-ci ildə gənclərin idmana cəlbi istiqamətində irəliləyişlər olsa da, aparılmış təhlillər onu deməyə əsas verir ki, yaradılan şəraitdən heç də tam istifadə olunmur.

Ali Məclisin Sədri deyib: Bu gün ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üçün imkanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə etsinlər. Ona görə də Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi istiqamətində fəaliyyətlərini gücləndirməli, idmanın kütləviliyi təmin olunmalı, idman obyektlərindən və qurğularından istifadə əhali üçün əlçatan olmalıdır. Mütəxəssislər və peşəkar məşqçilər olmadan gənc idmançıları yetişdirmək və onları beynəlxalq yarışlara hazırlamaq mümkün deyil. 2015-ci ildə federasiyaların bu istiqamətdəki fəaliyyətlərində canlanma müşahidə olunsa da bu, işin tam həll olunması demək deyil. Buna görə də Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları məşqçilərin hazırlanması və peşəkar məşqçilər dəvət etməklə muxtar respublikada seminar və məşğələlərin keçirilməsini davam etdirməlidir. Muxtar respublikada keçirilən idman yarışları istedadlı gənclərin aşkara çıxarılmasında mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi və idman federasiyaları istedadlı gənclərlə işi düzgün təşkil etməli, onların həvəsləndirilməsini diqqətdə saxlamalıdır.

Qeyd olunub ki, ümumtəhsil məktəblərində nümunəvi şəraitin yaradılmasına baxmayaraq hələ də fiziki tərbiyə fənninin tədrisində mövcud imkanlardan lazımınca istifadə olunmur. İbtidai siniflərdə isə fiziki tərbiyə dərslərinin digər dərslərlə əvəz olunması halları mövcuddur. Uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman tədbirlərinin aparılması, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi səviyyəsi olduqca aşağıdır. Uşaqların sağlamlığının qorunması baxımından bu məsələlər tam aradan qaldırılmalıdır. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, idman federasiyaları, şəhər və rayon icra hakimiyyətləri böyüməkdə olan nəslin fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalı, istər ümumtəhsil, istərsə də uşaq-gənclər şahmat və idman məktəblərində tədrisin səviyyəsini artırmalı, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmalı, məktəblilərin spartakiadasının keçirilməsi davam etdirilməlidir.

Təhsil müəssisələrində bədən tərbiyəsi və idman dərslərinin tədrisi diqqətdə saxlanılmalıdır. Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birgə hamiliyə götürdüyü “Bədən tərbiyəsi və idman” ixtisası üzrə peşəkar gənc kadrların hazırlıq səviyyəsini artırmalı, Təhsil Nazirliyi ilə birlikdə ümumi təhsil müəssisələrində fiziki aktivliyin təbliği ilə bağlı tədbirlər həyata keçirməlidir. Muxtar respublikada oğlanlarla yanaşı qızların da idmana cəlbi diqqətdə saxlanmalıdır. Gənclər və İdman Nazirliyi və idman federasiyaları qızların da məşğul ola biləcəkləri idman növləri üzrə fəaliyyəti gücləndirməlidir. Uşaqların yaş qruplarına görə federasiyalara cəlb edilməsi, federasiyadaxili yarışların təşkil olunması, idman sahəsində xüsusi istedadı olan uşaqların üzə çıxarılması, onların idmançı kimi formalaşması məqsədilə idman federasiyaları şəhər və rayon icra hakimiyyətləri ilə birgə fəaliyyətə üstünlük verməli, şəhər və rayon ərazisində bölmələrin fəaliyyəti üçün zəruri şərait yaradılmalı, gənc idmançıların yerlərdəki idman qurğu və obyektlərindən istifadəyə cəlbinə, eləcə də onların qorunub-saxlanılmasına da diqqət artırılmalıdır.

Ali Məclisin Sədri deyib: Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası sahəsində fəaliyyətini davam etdirməli, imkansız ailələrdən olan uşaq və yeniyetmələrin mövcud idman qurğu və zallarından istifadələrinə şərait yaratmalıdırlar. İdman elə bir sahədir ki, onun inkişafı üçün hamı təşəbbüskarlıq göstərməlidir. Muxtar respublikanın kütləvi informasiya vasitələri sağlam həyat tərzinin formalaşdırılmasında, əhali sağlamlığının möhkəmləndirilməsində bədən tərbiyəsi və idmanın rolu barədə tematik materiallar hazırlamalı, bədən tərbiyəsi və idmanın kütləviləşməsinə öz töhfəsini verməlidir. Sağlam həyat tərzi insanlarda uşaq və gənclik dövründən başlayır. Əgər biz gəncləri sağlam həyat tərzinə yönəldə, onları fiziki və əqli cəhətdən sağlam böyüdə bilsək, onda gələcəyimizi təmin edən gənclər də sağlam və güclü olacaqlar. Muxtar respublikada idmanın inkişafının sağlam gəncliyin formalaşdırılmasındakı rolunu nəzərə alaraq aid təşkilatlar qarşılarında duran vəzifələrin məsuliyyətini dərk etməli, uşaq və gənclərin idmana cəlbi sahəsində səylə çalışmalıdırlar.

Ali Məclisin Sədri yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 90 illiyinin tamam olduğunu bildirib, bu münasibətlə nazirliyin kollektivini təbrik edib.

Sonra Naxçıvan Muxtar Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarına layiq görülənlərə müvafiq mükafatların, bir qrup idmançıya isə pul mükafatlarının təqdimatı olub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 14 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında idmanın inkişafında səmərəli fəaliyyətlərinə görə 1 nəfər Naxçıvan Muxtar Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, 1 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, 3 nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Ali Məclisin Sədri təltif olunanlara Naxçıvan Muxtar Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının vəsiqə və döş nişanlarını, 5 idmançıya isə pul mükafatlarını təqdim edib.

Təltif olunanlardan Emin Hacıyev, Xəyal Qurbanov və mükafatlandırılan Nihad Orucov əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər.

VASİF TALIBOV NAXÇIVAN MR-nın KARATE-DO FEDERASİYASININ SƏDRİNİ İŞDƏN QOVUBVASİF TALIBOV NAXÇIVAN MR-nın KARATE-DO FEDERASİYASININ SƏDRİNİ İŞDƏN QOVUB

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR