SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVANDA GƏNCLƏR MÜKAFATLANDIRILDI

30-12-2015, 10:15 | Oxunub: 18 186 |

NAXÇIVANDA GƏNCLƏR MÜKAFATLANDIRILDI
Naxçıvan şəhərindəki “Təbriz” otelinin tədbirlər salonunda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.

"EMTV.az" xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. 24 il bundan əvvəl həmrəylik və birlik naminə rəsmiləşdirilən bu bayram dünyada yaşayan milyonlarla azərbaycanlının ümummilli məqsədlər uğrunda birləşməsinə böyük təkan verib.

Qeyd edilib ki, ümumi dövlətçilik mənafeyi uğrunda birləşmək, həmrəy olmaq, harada yaşamasından asılı olmayaraq öz vətəninin təəssübkeşinə çevrilmək bacarığı millətin və dövlətin qüdrətindən xəbər verir. Müasir qloballaşma və inteqrasiyalar bu milli birliyi əsas zərurətlərdən biri kimi ortaya qoymuşdur. Bu baxımdan dövlətimizin ötən illər ərzində milli mənəvi bütövlüyümüzün, əqidə birliyimizin yaradılması istiqamətində gördüyü işlər, eyni zamanda, dünyanın ayrı-ayrı yerlərində yaşayan həmvətənlərimizin Azərbaycan həqiqətlərinin, milli mədəniyyətimizin təbliğinə verdiyi töhfələr bizi fərəhləndirir və yeni-yeni uğurlara imza atmağa sövq edir.

Vurğulanıb ki, bu il Bakıda keçirilən birinci Avropa Oyunlarında muxtar respublika idmançılarından iki nəfərin uğur qazanması idman sahəsində təqdirəlayiq hadisələrdən biridir. Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti uğurla həyata keçirilir, Naxçıvan idmanının şöhrəti ildən-ilə artır, muxtar respublika idmanın inkişaf etdiyi region kimi tanınır. 2015-ci ildə muxtar respublika idmançılarının ayrı-ayrı növlər üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 11, Avropa çempionatlarında 2, beynəlxalq turnirlərdə 16, Azərbaycan birinciliklərində 36, birinci Avropa Oyunlarında isə 2 olmaqla, 67 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək, bu gün dövlət gənclər siyasətinin muxtar respublikada uğurla həyata keçirildiyini bildirib. Qeyd edilib ki, muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir.

Gənclər adından çıxış edən “Naxçıvan” Universitetinin tələbəsi Gülnarə Seyidova Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Gənclər adından muxtar respublika rəhbərinə minnətdarlığını ifadə edən Gülnarə Seyidova naxçıvanlı gənclərin bundan sonra da davamlı inkişafımız naminə yorulmadan çalışacaqlarına əminliyini bildirib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyev də ilin fəal jurnalisti kimi mükafata layiq görülüb.

Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının, “Naxçıvan” Universitetinin “Özəl” rəqs qrupunun və gənc müğənnilərin ifasında konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb.
NAXÇIVANDA GƏNCLƏR MÜKAFATLANDIRILDINAXÇIVANDA GƏNCLƏR MÜKAFATLANDIRILDI
NAXÇIVANDA GƏNCLƏR MÜKAFATLANDIRILDI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR