18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAXÇIVAN MR-da "İSTEDADLAR SORAĞINDA"-nın QALİBLƏRİ MÜKAFATLANDIRILDI
Bədii özfəaliyyət kollektivlərinin “İstedadlar sorağında” muxtar respublika baxış-müsabiqəsinin qaliblərinin yekun konserti olub.
"EMTV.az" xəbər verir ki, konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək ümummilli lider Heydər Əliyevin sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirdiyini bildirib.
Qeyd edilib ki, Ulu Öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda və vətənpərvər böyüdülməsi diqqət mərkəzində saxlanılır.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqədə birinci yerə rəqs ifaçılığı nominasiyası üzrə Culfa Rayon Mədəniyyət Evindən Aysu Kazımlı, bədii qiraət nominasiyası üzrə Şahbuz Rayon Mədəniyyət Evindən Qızbəsti Quliyeva, xalq, bəstəkar mahnıları və muğam ifaçılığı nominasiyası üzrə Naxçıvan şəhər 4 nömrəli mədəniyyət evindən Arzu Səfərov layiq görülüblər.
Mükafatlandırmadan sonra bədii özfəaliyyət kollektivlərinin muxtar respublika baxış-müsabiqəsi qaliblərinin yekun konserti olub.