17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sərbəst güləş üzrə muxtar respublika birinciliyinin açılış mərasimi keçirilmişdir
Oktyabrın 28-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinin açılış mərasimi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov açılış mərasimində çıxış edərək demişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, idmana dövlət qayğısı artmış, onun maddi-texniki bazası daha da möhkəmləndirilmiş, müstəqil Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmışdır. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvanda olimpiya-idman komplekslərinin, idman məktəblərinin, stadionların, muxtar respublikanın bütün məktəblərində idman zallarının tikilməsi gənclərin idmana marağını artırmış, istedadlı idmançıların yetişməsini təmin etmişdir. Müasir idman infrastrukturunun, istedadlı idmançıların olması muxtar respublikada beynəlxalq turnirlərin, mötəbər idman yarışlarının keçirilməsinə əlverişli şərait yaratmışdır. Bütün bunlar həm də muxtar respublika idmançılarının müxtəlif yarışlarda, beynəlxalq turnirlərdə uğurla çıxış etməsinə imkan vermişdir.
Bu sahədə yaradılmış güclü maddi-texniki bazanın idmana göstərilən dövlət qayğısının nəticəsi olduğunu bildirən Azər Zeynalov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyini açıq elan etmişdir.
Sonra yarışlara start verilmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi və iki gün davam edəcək birincilikdə 60-dan çox güləşçi iştirak edir. İdmançılar 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində birincilik uğrunda mübarizə aparırlar. Yarışın ilk günündə finalçıların adları məlum olmuşdur. Belə ki, 57 kiloqram çəki dərəcəsində Vəhdəd Əsədov, Murad Quliyev, 61 kiloqram çəki dərəcəsində Emin Məmmədov, Sadiq Səfərov, 65 kiloqram çəki dərəcəsində Uzal Hüseynov, Hüseyn Hacıyev, 70 kiloqram çəki dərəcəsində Oruc Bayramov, Məhərrəm Quliyev, 74 kiloqram çəki dərəcəsində Yasin Quliyev, Məzahir İsmayılov, 86 kiloqram çəki dərəcəsində Əli Muradov, Salam Qəribov, 97 kiloqram çəki dərəcəsində Röyal Nəcəfov, Elməddin Abdullayev, 125 kiloqram çəki dərəcəsində isə Bahadur Əhmədov və Salamullah İbrahimov həlledici görüşdə iştirak etmək hüququ qazanmışlar.
Güləşçilər Cəmşid Naxçıvanskinin ev-muzeyini də ziyarət etmişlər.