17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
CÜDO ÜZRƏ NAXÇIVAN ŞƏHƏR BİRİNCİLİYİ KEÇİRİLİB
İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
"EMTV.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 8 çəki dərəcəsi üzrə 50 idmançı iştirak edib.
Birinciliyə start verilməmişdən əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən Həmrəylik Gününün əhəmiyyətindən danışıblar. Çıxışçılar qarşıdan gələn bayram münasibətilə idmançıları təbrik edib, onlara uğurlar arzulayıblar.
Yarışın nəticələrinə əsasən, Nizami Məmmədli, Həmzə Rəhimli, Sənan Cəfərov, Fuad Gözəlov, Fuad Əşrəfli, Rüfət Zeynalov, İsmayıl Abbaslı və Əlişan Rəhimli müvafiq olaraq 27, 30, 34, 38, 42, 46, 50 və 54 kiloqram çəki dərəcələrində I yerlərə layiq görülüblər.
Qalib idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.