17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan çempionatında 80 idmançı mübarizə aparacaq
Azərbaycan MMA Liqasının və Naxçıvan Şərq Döyüş Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə dekabrın 17-18-də qarışıq döyüş növləri (MMA) üzrə Naxçıvan çempionatı keçiriləcək.
Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədov mətbuata bildirib ki, Naxçıvanda yarışın beynəlxalq standartlara uyğun təşkili ölkəmizin regionlarında idmanın bu növünün təşviqi və inkişafına mühüm töhfə olacaq. Beynəlxalq dərəcəli hakim Cavid Məmmədovun rəhbərliyi ilə keçiriləcək çempionatda 80 idmançı iştirak edəcək.
Azərbaycan MMA Liqasının və Naxçıvan Şərq Döyüş Sənəti Federasiyasının birgə təşəbbüsü ilə keçiriləcək turnirin məqsədi 7 çəki dərəcəsində Naxçıvan Muxtar Respublikasının yığma komandasını formalaşdırmaq və Naxçıvan idmançılarının da müvafiq lisenziyalar qazanaraq respublikamızın yığma komandası tərkibində beynəlxalq yarışlarda, o cümlədən 2016-cı ildə Las-Veqasda keçiriləcək dünya çempionatında iştirakına nail olmağa şərait yaratmaqdır.
Azərbaycan MMA Liqası Beynəlxalq MMA Federasiyasının tamhüquqlu üzvüdür və həmin beynəlxalq federasiyanın Azərbaycanda yeganə səlahiyyətli nümayəndəsidir.