SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan idmançıları beynəlxalq yarışlarda və Azərbaycan birinciliklərində 100-dən çox medal qazanıblar

17-01-2017, 15:07 | Oxunub: 19 226 |

Naxçıvan idmançıları beynəlxalq yarışlarda və Azərbaycan birinciliklərində 100-dən çox medal qazanıblar
Ötən il muxtar respublikada müxtəlif beynəlxalq və ölkə səviyyəli idman yarışları keçirilib, idmançılarımız nüfuzlu yarışların mükafatçıları sırasında yer alıblar. Naxçıvan idmançıları dünya çempionatlarında 1, Avropa çempionatlarında 5, beynəlxalq turnirlərdə 63, Azərbaycan birinciliklərində 39 medal olmaqla, ümumilikdə, 108 medal qazanıblar.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, bu faktları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən kollegiya iclasında gənclər və idman naziri Azad Cabbarov deyib.

Hesabat məruzəsi ilə çıxış edən nazir qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər və idman siyasəti bu gün muxtar respublikada da uğurla reallaşdırılır.

Bildirilib ki, 2016-cı ildə nazirlik gənclər və idman sahəsində 361 tədbir keçirib. Muxtar respublikada idman infrastrukturunun yenilənməsi tədbirləri çərçivəsində 2016-cı ildə Şərur rayonunun Mahmudkənd, Aşağı Yaycı və Arbatan, Culfa rayonunun Bənəniyar kəndlərində stadionlar yenidən qurularaq gənclərin istifadəsinə verilib. Bu gün Naxçıvan Muxtar Respublikasında 40 minə yaxın yeniyetmə və gənc idmanla məşğul olur.

Nazirliyin Kütləvi Bədən Tərbiyəsi və İdman Şöbəsinin müdiri Taleh İbrahimov, Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli, Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov və Şərur Rayon Olimpiya İdman Kompleksinin direktoru Rza Camalov məruzə ətrafında çıxış ediblər.

Sonra nazirliyin 2017-ci il üzrə tədbirlər planı müzakirə olunaraq qəbul edilib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov iclasa yekun vuraraq bildirib ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə qarşıya mühüm vəzifələr qoyulub. Nazirlik idman federasiyaları ilə birgə qarşıya qoyulan tələb və tapşırıqların lazımi səviyyədə həyata keçirilməsi sahəsində tədbirlərin səviyyəsini daha da yüksəldəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR