17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan şəhər birinciliyinə yekun vurulub
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə şəhər birinciliyi təşkil olunub.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov idmançıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov tədbirin məqsəd və vəzifələri haqqında danışıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı iştirak edib.
Yarışın yekun nəticəsinə əsasən Hüseyn Əhmədli, Rasim Həsənov, Turqut Abdullayev, Sahil İsmayılov, Bəhlul Əsgərli, Orxan Ələkbərov, Altay Zeynalov, Qoca Əhmədov, Musa Mehdiyev və Nail Nuriyev müvafiq olaraq 42, 46, 50, 54, 58, 63, 69, 76, 84 və 100 kiloqram çəki dərəcələrində birinci yerlərə layiq görülüblər. Hər çəki dərəcəsində fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Emtv.az