17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının təşkil etdiyi kikboksinq üzrə gənclər və böyüklər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş birincilik Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.
Şəxsi və komandalı xarakter daşıyan yarış iki gün davam edib və 100-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb. Kikboksinqin WAKO versiyasının qaydalarına uyğun olaraq layt kontakt üslubunda keçirilən birincilikdə gənclərin mübarizəsi daha çox yaddaqalan olub. Belə ki, 45 kiloqram çəki dərəcəsində Tulin Ələkbərova, 48 kiloqram çəki dərəcəsində Həsən Kərimli, 51 kiloqram çəki dərəcəsində Əbülfəz Rəcəbli, 54 kiloqram çəki dərəcəsində Fərman Rzayev, 57 kiloqram çəki dərəcəsində Əhməd Rzayev, 63,5 kiloqram çəki dərəcəsində Bəxtiyar Qəribov və 67 kiloqram çəki dərəcəsində Araz Hüseynzadə rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Böyüklərin mübarizəsində isə Qumral Məmmədli (60 kiloqram), Rasim Rzayev (85 kiloqram) və Mirəli Seyidov (90 kiloqram) qalib olublar.
Sonda hər çəki dərəcəsində ilk 3 pillənin sahiblərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Şərq Döyüşü Sənəti Federasiyasının hədiyyələri təqdim edilib.