17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda sürətli qaçış üzrə daxili birinciliyin qalibləri müəyyənləşib
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman növləri Federasiyasının idman klubları və komandalarının iştirakı ilə sürətli qaçış üzrə daxili birincilik təşkil olunub.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, muxtar respublikada hava və ekstremal idman növlərinin tanıdılması və inkişaf etdirilməsi məqsədi daşıyan birincilikdə 1 idman klubu və 3 komandanın tərkibində 40 idmançı 3 yaş qrupunda yarışıb. Havanın soyuq olmasına baxmayaraq, yeniyetmə və gənclər əzmkar mübarizə aparıblar.
Yarışın yekununda “İlandağ” idman klubunun idmançısı Kənan Zamanlı birinci yerə layiq görülüb. “Dərələyəz” komandasının idmançılarından Sənan İmanquliyev 2-ci, Musa Əhmədov isə 3-cü yerin sahibi olub.
Sonda ilk üç pilləni tutan idmançılara federasiyanın fəxri fərmanları təqdim edilib.
Yarışın sonunda Hava və Ekstremal İdman növləri Federasiyasının kollektivi və idmançılar Dövlət Bayraq Muzeyində olublar. Onlara Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, süvari dəstələrinə verilən bayraqlar, qədim pul nişanlarının fotoşəkilləri haqqında ətraflı məlumat verilib.
Emtv.az