17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yunan-Roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi təşkil olunub.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara ətraflı məlumat verib, onlara uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Sədərək rayonunun idmançıları da iştirak ediblər.
Yarışın yekun nəticəsinə əsasən, Mirsamir Seyidov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Heydər Nəcəfov, Heydər Heydərov, Abbas Nəzərəliyev, Əli Əlioğlu, Rəvan Bayramov, Elnur Əlizadə və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kq çəki dərəcələrində I yerlərə layiq görülüblər.
Hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Emtv.az