SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Akademik Həsən Əliyevin Naxçıvanın zəngin təbiətinin qorunması ilə bağlı arzuları reallığa çevrilib

6-06-2017, 12:33 | Oxunub: 12 983 |

Akademik Həsən Əliyevin Naxçıvanın zəngin təbiətinin qorunması ilə bağlı arzuları reallığa çevrilib
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində təbiətşünas-alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.

Emtv.az azərtac-a iatinadən xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov çıxış edərək böyük alim, Azərbaycanda ekologiya elminin banisi, akademik Həsən Əliyevin Azərbaycanın müasir tarixinin ən parlaq simalarından biri olduğunu bildirib. Görkəmli akademikin 110 illik yubileyi münasibətilə təşkil olunmuş “Həsən Əliyev-110” mövzusunda elmi konfransın Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günündə keçirilməsi isə böyük ekoloq-alimin təbiətin müdafiəçisi kimi fəaliyyətinə verilən yüksək dəyərin nəticəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 7-də imzaladığı Sərəncam ilə akademik Həsən Əliyevin 110 illik yubileyi ölkə səviyyəsində qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq edilmiş “Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən muxtar respublikada da müxtəlif tədbirlər keçirilir. Gənclərin və tələbələrin Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyaları təşkil edilir, Naxçıvan şəhərində görkəmli alimin adını daşıyan küçədə yenidənqurma işləri aparılır. “Həsən Əliyev-110” mövzusunda elmi konfrans da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən keçirilir.

Qeyd olunub ki, akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq-alim kimi nəinki Azərbaycanda, eyni zamanda, dünya miqyasında tanınmış elm xadimidir. O, Azərbaycan elminə layiqli töhfələr verib, əsasən, torpaqşünaslıq, ekologiya, botanika, biocoğrafiya, meşəşünaslıq, bitkiçilik, təbii ehtiyatların qorunub saxlanması, səmərəli istifadəsi kimi fundamental problemlərlə bağlı tədqiqatlar aparıb. Akademik Həsən Əliyevin əsərlərində qeyd olunan ekoloji problemlər və onların həlli yolları bütün dövrlər üçün öz aktuallığını saxlamaqdadır. Azərbaycanın bütün ərazilərində mühüm tədqiqatlar aparan akademik Həsən Əliyev muxtar respublikamızın da ekologiyası ilə dərindən maraqlanıb, bu qədim diyarın zəngin təbiətini tədqiq edib, təbiətin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması ilə bağlı təkliflər verib. Sevindirici haldır ki, bu gün görkəmli alimin Naxçıvan ekoloji mühiti, zəngin təbiətinin qorunması ilə bağlı arzuları reallığa çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada sağlam ekoloji mühitin yaradılması həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin tərkib hissəsinə çevrilib. Naxçıvanda hər il yeni yaşıllıq zolaqları, meyvə bağları salınır, meşəsalma və meşəbərpa işləri aparılır, fauna və floramızın qorunması və zənginləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsində bir vaxtlar yaşıl örtük sahəsi ümumi ərazinin bir faizini təşkil etməyən muxtar respublikada bu gün 12 faizdən çox ərazi yaşıllıqlara bürünüb.

Ömrünü Azərbaycan təbiətinin qorunmasına və zənginləşdirilməsinə həsr etmiş akademik Həsən Əliyevin xatirəsi muxtar respublikada əbədiləşdirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il iyunun 16-da imzaladığı Sərəncam ilə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı yaradılıb, 2009-cu ildə parkın ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Həmçinin “Araz” Elm-İstehsalat Birliyinə və Naxçıvan şəhərindəki küçələrdən birinə akademik Həsən Əliyevin adı verilib.

Akademik Həsən Əliyevin fəaliyyətinin gələcək nəsillər üçün əsl tərbiyə və nümunə məktəbi olduğunu söyləyən Rəhman Məmmədov keçirilən konfransın da akademik Həsən Əliyev irsinin, onun yaratdığı məktəbin elmi cəhətdən öyrənilməsi və təbliğində mühüm rol oynayacağına inandığını bildirib.

Elmi konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək deyib ki, akademik Həsən Əliyev çətin, lakin şərəfli ömür yolu keçib. Alimlərə örnək olan bu ömrün yarım əsrdən çoxu ölkəmizdə coğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına, ətraf mühitin mühafizəsinə və ekologiya məsələlərinə həsr edilib. Onun monoqrafik əsərləri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Həsən Əliyev dünyanın bir sıra ölkələrində keçirilən müxtəlif konfranslarda, seminar və simpoziumlarda iştirak edib.


AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov diqqətə çatdırıb ki, təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili Həsən Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil edib. Azərbaycan təbiətinin, xüsusilə meşələrin qorunması, mühafizəsi və bərpası onun əsas vəzifələrindən biri idi. Həsən Əliyevin uzun illər rəhbərlik etdiyi Təbiəti Mühafizə Komitəsi meşələrin mühafizəsi və bərpası, həmçinin respublikanın ayrı-ayrı rayonlarında yaşıllaşdırma üzrə böyük tədbirlər həyata keçirib. Görkəmli alim, akademik Həsən Əliyevin təbiətin mühafizəsinə dair başladığı, həyata keçirdiyi işlər indi də davam etdirilir.

Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin direktoru Bəhruz Məmmədov çıxış edərək bildirib ki, alimin elmi-ictimai fəaliyyəti çoxşaxəli olub. O, təbiət elmləri sahəsində bir çox elmi-tədqiqat institutlarına rəhbərlik edərək elmin aktual problemlərinin həlli üçün böyük səy göstərib. Akademikin təşəbbüsü ilə Botanika İnstitutunun əməkdaşları tərəfindən axtarış-tədqiqat işləri aparılaraq nadir abidə ağaclarının, unikal meşəliklərin olması müəyyən edilib. Elmi fəaliyyətinin əsas istiqamətini meşə torpaqlarının öyrənilməsinə yönəldən və bu sahədə ilk olaraq meşə torpaqları laboratoriyası yaradan görkəmli akademikin tövsiyələri əsasında torpaqlardan səmərəli istifadə olunması prosesi həyata keçirilməkdədir.

Sonda tədbir iştirakçıları akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR