17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İtaliyanın Sienna Universitetinin əməkdaşları Naxçıvan Muxtar Respublikasına səfər edib
İtaliyanın Sienna Universitetinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında səfərdədirlər.
Emtv.az xəbər verir ki, qonaqlar səfərin ilk günü Heydər Əliyev Muzeyində olublar. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid olan müxtəlif tarixi sənədlər toplanılıb. Hazırda muzeydə 4600-dən çox eksponat var. İndiyədək muzey 300 minə yaxın ziyarətçi qəbul edib.
Sienna Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tədris imkanları ilə maraqlanıb, universitetin memarlıq və mühəndislik fakültəsinin müəllim və tələbələri üçün mühazirələr oxuyublar. Professor Paolo Kontinin “Məişət binalarında alternativ enerji mənbələrindən istifadə imkanları” və digər mövzulardakı məruzələrində muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji mənbələrindən istifadə imkanları diqqətə çatdırılıb, bu sahədə görülən işlərin məmnunluq doğurduğu vurğulanıb, mövzu ilə bağlı suallar cavablandırılıb.
Həmçinin Sienna Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin elektroenergetika mühəndisliyi ixtisasının tələbələrinə Naxçıvan Muxtar Respublikasındakı Günəş Elektrik Stansiyasının iş prinsipi və quruluşu barədə təcrübi dərs keçiblər. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsində isə coğrafiya müəllimliyi ixtisasının tələbələri ilə təcrübi məşğələlər aparılıb.
Qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Nuh Peyğəmbərin türbəsini ziyarət edib, Naxçıvan Biznes Mərkəzi və Heydər Əliyev Sarayı ilə tanış olublar. Səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası ilə tanışlıq da xüsusi maraq doğurub.
Emtv.az