17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Muxtar Respublikası geniş müalicəvi turizm imkanlarına malikdir
Naxçıvan Muxtar Respublikasında bütün sahələrə olduğu kimi, səhiyyə turizminin də inkişafı istiqamətində mühüm addımlar atılır. Muxtar respublikanın müalicəvi turizm sahəsində ən məşhur ünvanları ”Duzdağ” Fizioterapiya Mərkəzi və “Darıdağ” Arsenli Su Müalicəxanasıdır.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, muxtar respublikada 200-dən çox mineral və müalicəvi su mənbəyi var. Onlardan bir çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Bu yeraltı sərvətlərdən biri də “Darıdağ” arsenli mineral suyudur. Ondan hələ qədim zamanlardan sümük-oynaq, əzələ, dayaq-hərəkəti sistemi xəstəliklərində, o cümlədən duzlaşma patologiyalarında və onun müxtəlif fəsadlarında geniş istifadə edilib.
“Darıdağ” Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib. Müalicəxana ilin bütün fəsillərində gündəlik iki növbədə xidmət göstərir. Buraya yerli və xarici vətəndaşlar müalicə üçün gəlirlər.
Muxtar respublikaya gələn turistlərin üz tutduqlar məkanlardan biri də şöhrəti ilə dünyaya səs salan, möcüzəvi şəfa ocağı “Duzdağ” Fizioterapiya Mərkəzidir. “Duzdağ” yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin sağlamlığına qovuşmasında mühüm rol oynayır. Təkcə ötən il onun xidmətlərindən 6 min nəfər istifadə edib.
Muxtar respublikanın müalicəvi turizm imkanları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Burada mövcud olan təbii şəraitdən və yaradılmış imkanlardan daha səmərəli istifadə edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Emtv.az/L.Xubyarzadə