17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Muxtar respublikasında muzey bələdçiləri üçün seminar-treninqlər davam etdirilir
Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muzey bələdçiləri üçün keçirilən seminar-treninqdə bələdçilərin davranış qaydaları barədə ətraflı söhbət açılıb.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, tədbirin məqsədi muzey bələdçilərinin fəaliyyətini stimullaşdırmaq, onların peşə hazırlığını yüksəltmək, ekskursiya işinin təşkili ilə əlaqədar mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, eyni zamanda, muzeylər arasında qarşılıqlı əlaqələrin inkişafına kömək göstərməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva qeyd edib ki, seminar-treninqlər ötən ildən başlayaraq muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylərdə keçirilir. Bu tədbirlər muzey bələdçilərinin nəzəri biliklərinin artırılmasına müsbət təsir göstərir.
Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olduqdan sonra onlara bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında muxtar respublikaya 368 min 845 nəfər turist gəlib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,9 faiz və ya 17 min 248 nəfər çoxdur. Qədim diyara turist axınının artması mədəniyyət müəssisələrinin fəaliyyətini daha da yaxşılaşdırmasını və iş prinsiplərinin müasir dövrün tələbləri çərçivəsində qurulmasını gündəmə gətirir. Muzey bələdçiləri üçün keçirilən seminar-treninqlər bu istiqamətdə görülən tədbirlərin tərkib hissəsidir.
Emtv.az