SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN MR-da DÖVLƏT QULLUQÇULARI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLDİ

23-01-2016, 11:08 | Oxunub: 21 608 |

NAXÇIVAN MR-da DÖVLƏT QULLUQÇULARI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLDİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 58 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması” mövzusunda seminar keçirilib.

"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən verilən məlumata görə, Seminarda komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, son illər muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, dövlət idarəetməsində informasiya texnologiyalarının tətbiqi daim diqqət mərkəzində saxlanılıb. Dövlət Qulluqçularının Reyestrinin aparılması üçün proqram təminatının hazırlanaraq istifadəyə verilməsi dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin edib. Reyestrin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatların toplanılması, bu məlumatların yenilənməsi və təhlil edilməsidir. Bütün bu görülən işlər isə dövlət qulluqçularının qulluqda yüksəlməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması və digər məsələlərin həllində məlumat bazasından maksimum şəkildə yararlanılmasına, zəruri hallarda müvafiq dövlət orqanlarının həmin məlumatlarla təmin olunmasına geniş imkanlar yaradır.
Komissiya sədri bildirib ki, bəzi hallarda reyestrin aparılması zamanı bir sıra nöqsanlara yol verilir. Bu da reyestrdən istifadənin səmərəliliyini azaldır. Seminarın keçirilməsində məqsəd bu nöqsanların ortaya çıxmasının səbəbləri və onların aradan qaldırılması yollarının iştirakçıların diqqətinə çatdırılmasıdır.
Seminarda komissiyanın əməkdaşı Mahir Abbasov slayd vasitəsilə reyestrin düzgün aparılma qaydaları haqda iştirakçılara məlumat verib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

informasiya şöbəsi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR