17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAXÇIVANDA MUZEY İŞİ ÜZRƏ SEMİNAR KEÇİRİLDİ
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvanda fəaliyyət göstərən muzeylərin əməkdaşları ilə muzey işi üzrə seminar keçirilib.
"EMTV.az" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov muzey şəbəkələrinin genişləndirilməsi sahəsində görülən işlərdən danışıb. Qeyd edilib ki, muxtar respublikada son illər yeni muzeylər yaradılıb, fəaliyyətdə olan muzeylər üçün yeni binalar tikilib və təmir edilib, maddi-texniki baza gücləndirilib.
Sonra nazirliyin əməkdaşı Qumral Məmiyeva “Muzey işinin metodikası” mövzusunda çıxış edib. Muxtar respublikanın muzeylərində saxlanılan eksponatların uçotu və mühafizəsinə dair metodik təlimatlar muzey işçilərinə slaydlar vasitəsilə nümayiş olunub. Çıxışda uçot-mühafizə işinin qaydaları, bu işlə məşğul olan əməkdaşların vəzifələri, muzey əşyalarının elmi inventarizasiyası, fondların uçotu qaydaları, muzey mühafizəsinin təşkili, muzey əşyalarının ayrı-ayrılıqda mühafizəsi haqqında danışılıb. Bu işlərin həyata keçirilməsi zamanı kargüzarlıq işinin düzgün aparılması, muzey jurnallarının, inventar kitablarının işləmə qaydaları slaydlar vasitəsilə geniş izah edilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.