SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Belçika səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasında səfərdə olub

7-07-2017, 14:49 | Oxunub: 8 929 |

Belçika səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasında səfərdə olub
Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri bu gün başa çatıb. Emtv.az azərtac-a xəbər verir ki, səfər çərçivəsində qonaq muxtar respublikanın bir sıra tarixi abidələri təhsil və mədəniyyət müəssisələrində olub.

Naxçıvan Biznes Mərkəzində olan qonağa mərkəzdə sərgilənən eksponatlar haqqında məlumatlar verilib. Burada sərgilənən ərzaq və sənaye məhsulları, həmçinin sənətkarlıq nümunələri, habelə təbii dərman bitkilərindən hazırlanan məhsullar qonağın marağına səbəb olub.


Naxçıvan Günəş Elektrik Stansiyasında olan qonağa məlumat verilib ki, muxtar respublikanın elektrik enerjisi tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirmək məqsədilə tikilən günəş elektrik stansiyasında yeni günəş panelləri quraşdırılacaq.


Daha sonra səfir Naxçıvan Dövlət tarix Muzeyi, Xalça muzeyi, Möminə Xatın türbəsi, Açıq səma altında muzey və Xan sarayı ilə tanış olub.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət zamanı Naxçıvan ərazisində yaşamış qədim insanların istifadə etdikləri məişət əşyaları, buradakı eksponatlar qonağın marağına səbəb olub.

Səfir həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlarında yerləşən Nuh Peyğəmbərin türbəsini də ziyarət edib.

Səfir daha sonra Duzdağ Fizioterapiya mərkəzinə gəlib. Qonağa məlumat verilib ki, mərkəzdə tənəffüs yollarının qeyri-spesifik xəstəlikləri, allergiya, xüsusilə bronxial astmadan əziyyət çəkənlər müalicə olunur.

Naxçıvan Dövlət Universiteti ilə tanışlıqdan sonra görüş dəyirmi masa arxasında davam edib. Belçika krallığı ilə bir çox sahələrdə uzunmüddətli əməkdaşlığın qurulmasından söhbət açan qonaq təhsil sahəsində də əlaqələrin qurulmasında maraqlı olduğunu və bunun üçün səyləri əsirgəməyəcəyini deyib.

Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri bu gün başa çatıb. Naxcivantv.az xəbər verir ki, səfər çərçivəsində qonaq muxtar respublikanın bir sıra tarixi abidələri təhsil və mədəniyyət müəssisələrində olub. Naxçıvan Biznes Mərkəzində olan qonağa mərkəzdə sərgilənən eksponatlar haqqında məlumatlar verilib. Burada sərgilənən ərzaq və sənaye məhsulları, həmçinin sənətkarlıq nümunələri, habelə təbii dərman bitkilərindən hazırlanan məhsullar qonağın marağına səbəb olub. Naxçıvan Günəş Elektrik Stansiyasında olan qonağa məlumat verilib ki, muxtar respublikanın elektrik enerjisi tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirmək məqsədilə tikilən günəş elektrik stansiyasında yeni günəş panelləri quraşdırılacaq. Daha sonra səfir Naxçıvan Dövlət tarix Muzeyi, Xalça muzeyi, Möminə Xatın türbəsi, Açıq səma altında muzey və Xan sarayı ilə tanış olub. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət zamanı Naxçıvan ərazisində yaşamış qədim insanların istifadə etdikləri məişət əşyaları, buradakı eksponatlar qonağın marağına səbəb olub. Səfir həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlarında yerləşən Nuh Peyğəmbərin türbəsini də ziyarət edib. Səfir daha sonra Duzdağ Fizioterapiya mərkəzinə gəlib. Qonağa məlumat verilib ki, mərkəzdə tənəffüs yollarının qeyri-spesifik xəstəlikləri, allergiya, xüsusilə bronxial astmadan əziyyət çəkənlər müalicə olunur. Naxçıvan Dövlət Universiteti ilə tanışlıqdan sonra görüş dəyirmi masa arxasında davam edib. Belçika krallığı ilə bir çox sahələrdə uzunmüddətli əməkdaşlığın qurulmasından söhbət açan qonaq təhsil sahəsində də əlaqələrin qurulmasında maraqlı olduğunu və bunun üçün səyləri əsirgəməyəcəyini deyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR