SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanın istehsal, təhsil və mədəniyyət müəssisələri ilə tanışlıq Niderland səfirində xoş təəssüratlar yaradıb

5-06-2017, 11:41 | Oxunub: 10 044 |

Naxçıvanın istehsal, təhsil və mədəniyyət müəssisələri ilə tanışlıq Niderland səfirində xoş təəssüratlar yaradıb
Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub, istehsal müəssisələri ilə maraqlanıb.

Diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan Dövlət Universiteti ilə tanış olan səfir ali təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri ilə görüşüb. Onno Kervers Niderland-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub, tələbələri maraqlandıran sualları cavablandırıb
.
Daha sonra səfir Naxçıvan Biznes Mərkəzinə gələrək muxtar respublikada istehsal edilən məhsullarla tanış olub.

Naxçıvan Avtomobil Zavodunun istehsal potensialı barədə maraqlanan Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinə bildirilib ki, Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqların quraşdırıldığı zavodda “NAZ-Lifan” markalı avtomobillər istehsal edilir.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətində qonağa burada istehsal olunan “Badamlı” mineral suyu haqqında məlumat verilib.
Naxçıvan Sənaye Kompleksinin ərazisinə gələn qonağın diqqətinə çatdırılıb ki, buradakı kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən müəssisələrdir.


Sonra Onno Kervers Naxçıvan Sement Zavoduna gəlib. Bildirilib ki, bu müəssisə 2011-ci ildən fəaliyyət göstərir. Gündəlik istehsal gücü 1200 ton olan zavodda müasir texnologiya əsasında ən yeni avadanlıqlar quraşdırılıb. Naxçıvan sementi ən yüksək texniki göstərici olan 42,5 indeksli marka ilə buraxılır və satış üçün Bakı şəhərinə, habelə Gürcüstana göndərilir.

Naxçıvanın istehsal, təhsil və mədəniyyət müəssisələri ilə tanışlıq Niderland səfirində xoş təəssüratlar yaradıb


Duzdağ Fizioterapiya Mərkəzində diplomat bu şəfa ocağının müalicə imkanları ilə maraqlanıb. Qeyd edilib ki, burada bronxial-astma xəstəliyindən əziyyət çəkən insanlar müalicə olunurlar. Son illərdə ölkəmizin müxtəlif region­larından, habelə dünyanın bir çox yerlərindən xəstələr buraya gələrək müalicə alırlar.
Səfərin ikinci günü Naxçıvan Dövlət Xalça Muzeyinə gələn səfir müxtəlif dövrlərə aid 3 mindən çox maddi-mədəniyyət nümunəsinin qorunub saxlandığı muzeydən xoş təəssüratlarla ayrılıb.


Qonaq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq səfirdə böyük maraq doğurub. Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında da diplomata ətraflı məlumat verilib. Xan sarayında isə bildirilib ki, buradakı muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb.

Daha sonra Onno Kervers Heydər Əliyev Sarayında olub, Naxçıvan Dövlət Rəsm Qalereyasında nümayiş etdirilən əsərlərə baxıb.

Qonaq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində eramızdan əvvəl V-III min­illiklərə aid olan müxtəlif məişət əşyalarına, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatlarına, mis alətlərə, qəbirüstü abidələrə, silahlara, qiymətli eksponatlara da maraqla baxıb.

İyunun 2-də Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerversin Naxçıvana səfəri başa çatıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR