SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Hindistanlı diplomat Naxçıvanın istehsal, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub

9-03-2017, 13:29 | Oxunub: 14 431 |

Hindistanlı diplomat Naxçıvanın istehsal, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
Hindistanlı diplomat Naxçıvanın istehsal, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
Hindistanlı diplomat Naxçıvanın istehsal, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
Hindistanlı diplomat Naxçıvanın istehsal, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
Hindistanlı diplomat Naxçıvanın istehsal, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində diplomat muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə və istehsal müəssisələrinə baş çəkib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.

Heydər Əliyev Sarayı, Bəhruz Kəngərli Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Naxçıvan Dövlət Rəsm Qalereyası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

Hindistanlı diplomat Naxçıvan Biznes Mərkəzində olub. Məlumat verilib ki, 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya məkanı kimi yaradılan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirir. Hazırda buradakı sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 88 müəssisənin 189 növdə və 988 çeşiddə məhsulu, eyni zamanda, yerli sənətkarlar tərəfindən hazırlanmış 100-dən çox əl işi, rəsm əsərləri və xalçalar nümayiş etdirilir.

Naxçıvan Avtomobil Zavodu ilə tanışlıq zamanı isə bildirilib ki, Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqların quraşdırıldığı zavodda “NAZ-Lifan” markalı avtomobillər istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də avtomatik ötürücü sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir.

“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətində qonağa burada istehsal olunan “Badamlı” mineral suyu haqqında məlumat verilib. Qeyd olunub ki, Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal prosesi ilə maraqlanan səfir daha sonra “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində olub. Burada qonağa müəssisədə istehsal olunan keyfiyyətli meyvə şirələri, meyvə quruları, şərab, halva məhsulları haqqında məlumat verilib. Bildirilib ki, müəssisədə Naxçıvanda yetişdirilən meyvələrdən tam gigiyenik qaydada müxtəlif çeşidlərdə yüksəkkeyfiyyətli alma, ərik, şaftalı, gilənar, üzüm və qarışıq tərkibli nektarlar istehsal edilir. Həmin məhsullar “Badamlı” əmtəə nişanı ilə satışa çıxarılır. Eyni zamanda, müəssisədə müxtəlif çeşiddə kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları, sadə, kakaolu və qarışıq növdə halva istehsal olunur. Müəssisədə çərəzqovurma və paketləmə sahələri də fəaliyyət göstərir.

Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı isə səfirə məlumat verilib ki, mərkəz 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılıb. Burada bronxial-astma xəstəliyindən əziyyət çəkən insanlar müalicə olunurlar. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Burada iki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. Yer altındakı duz dağının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağ ciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.

Sanjay Rana Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, 50 illik tarixə malik, dünyanın 80-dən çox tanınmış ali təhsil müəssisəsi ilə əməkdaşlıq edən universitet TEMPUS proqramı çərçivəsində 6 beynəlxalq layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Polşa, Rumıniya, İspaniya, İtaliya, Çexiya kimi Avropa ölkələrində davam etdirirlər. Naxçıvan Dövlət Universitetində hazırda xarici ölkələrdən 250-yə yaxın vətəndaş təhsil alır. Universitet əməkdaşları “Erasmus+” proqramı çərçivəsində İngiltərə, Almaniya, Avstriyada təcrübə keçiblər.

Səfir Sanjay Rana Hindistan universitetlərinin Azərbaycanın bir sıra ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığından danışıb, Naxçıvan Dövlət Universiteti ilə virtual əlaqələrin inkişafı, müştərək elmi-tədqiqat işlərinin aparılması, tibb, memarlıq və mühəndislik ixtisaslarının tədrisi, informasiya- kommunikasiya texnologiyalarından istifadə sahəsində əlaqələrin perspektivlərindən bəhs edib.

Daha sonra diplomat “Naxçıvan” Universiteti, “AKİ Əczaçılıq Anbarı” Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Naxçıvan Muxtar Respublika Xəstəxanasında olub, adıçəkilən təhsil və səhiyyə müəssisələrinin fəaliyyəti ilə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın Naxçıvan Muxtar Respublikasına səfəri martın 8-də başa çatıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR