17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanın istehsal, təhsil və mədəniyyət müəssisələri ilə tanışlıq Macarıstan səfirində xoş təəssüratlar yaradıb
Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski Naxçıvana ikigünlük səfəri çərçivəsində muxtar respublikanın istehsal, mədəniyyət, təhsil müəssisələrində olub, tarixi abidələri ziyarət edib.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Dövlət Xalça Muzeyinə gələn Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskiyə məlumat verilib ki, burada müxtəlif dövrlərə aid 3 mindən çox maddi-mədəniyyət nümunəsi var.
Qonaq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq səfirdə xoş təəssürat yaradıb.
Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında diplomata ətraflı məlumat verilib. Naxçıvan Muxtar Respublikası ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr qonaqda böyük maraq oyadıb.
Xan sarayında olarkən qonağa bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində İmre Laslotskiyə eramızdan əvvəl V-III minilliklərə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar haqqında ətraflı məlumat verilib.
Naxçıvan Avtomobil Zavodu ilə tanışlıq zamanı bildirilib ki, burada istehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda zavodda 14 modeldə “NAZ-Lifan” avtomobili istehsal olunur.
Naxçıvan Sənaye Kompleksinin ərazisində olan qonağın diqqətinə çatdırılıb ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən müəssisələrdir. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Zavodun illik istehsal gücü 40 min ton gipsdir.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn səfir İmre Laslotskiyə məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.
Qonaq daha sonra Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, beynəlxalq əlaqələrindən danışıb. Rektor universitetin müasir elektron təhsil şəbəkəsi və elektron sənəd dövriyyəsi, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, elektron kataloq-kartoteka sisteminə malik müasir elektron kitabxanası haqqında məlumat verib.
Diplomat ali təhsil ocağının beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri üçün Macarıstan-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub, sualları cavablandırıb.
Naxçıvan Biznes Mərkəzində səfirə məlumat verilib ki, burada muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişaf etməsinə yaradılan şəraitin bəhrəsidir.
Naxçıvanın istehsal, təhsil və mədəniyyət müəssisələri ilə tanışlıq Macarıstan səfirində xoş təəssüratlar yaradıb.
Mayın 17-də Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.