SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilin əvvəlindən bəri 9600-ə yaxın ziyarətçi qəbul edib

13-10-2017, 16:59 | Oxunub: 16 266 |

 Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilin əvvəlindən bəri 9600-ə yaxın ziyarətçi qəbul edib

Cari ilin ötən doqquz ayında Heydər Əliyev Muzeyini 9 min 596 nəfər ziyarət edib. Onlardan 7 min 89-u yerli, 2 min 507-si isə xarici ölkələrdən gələn qonaqlar olub.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, bu mədəniyyət müəssisəsi ilə tanışlıqda muxtar respublikanın təhsil müəssisələri ilə birgə yaradılmış məktəb-muzey şəbəkəsi də böyük rol oynayır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il iyunun 20-də imzaladığı Sərəncama uyğun olaraq, cari il fevral ayının 1-dən sentyabrın 30-dək Heydər Əliyev Muzeyində müxtəlif mövzularda orta ümumtəhsil məktəbləri şagirdlərinə 31, orta ixtisas məktəbləri tələbələrinə isə 38 saat olmaqla, açıq dərslər keçilib. Bu dərslərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gələcək inkişafının təmin olunması, dövlətimizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlər barədə geniş məlumatlar verilib.

Heydər Əliyev Muzeyi ilə tanış olmaq üçün muzeyin internet saytından istifadə edənlər də az deyil. Cari ilin 9 ayı ərzində muzeyi virtual olaraq izləyən tamaşaçıların sayı 44 min 400 nəfər təşkil edib.

Qeyd edək ki, görkəmli ictimai-siyasi və dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının əbədiyaşar lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə Naxçıvan şəhərində yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.

Hazırda muzeydə 4665 eksponat nümayiş etdirilir ki, onlardan 36-sı bu ilin ötən dövründə qəbul edilib.

Emtv.az
 Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilin əvvəlindən bəri 9600-ə yaxın ziyarətçi qəbul edib
 Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilin əvvəlindən bəri 9600-ə yaxın ziyarətçi qəbul edib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR