17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan: təhsildə mütərəqqi üsullar tətbiq olunur
Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsil özünün inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi diqqət və qayğı, pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, təhsilin məzmununa dövrün tələbləri baxımından yanaşılması, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, yeni texnologiyalara tədris prosesində geniş yer verilməsi, distant təhsilin reallaşdırılması, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması təhsil sahəsində uğurların qazanılmasına şərait yaradıb. Ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb. Təhsil müəssisələrinə 4 min 242 dəst kompüter verilib ki, onların da 3 min 339-u internet şəbəkəsinə qoşulub.
Muxtar respublikada təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, son illər 200-ə yaxın təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Cari ildə də tikinti-quruculuq işləri davam etdirilib, 2017-ci ilin birinci yarım ili ərzində 2716 şagird yerlik beş tam orta məktəb, “İstedad-XXI əsr” hazırlıq kursları üçün yeni binalar istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili həyata keçirilir. Muxtar respublikada ümumtəhsil məktəblərinin kitabxana şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və şagirdlərin dərsliklərlə təminatı da diqqət mərkəzində saxlanılır. 2017-ci ilin avqust ayında 145 min 949 nüsxə dərslik və 6 min 271 nüsxə müəllim vəsaiti, 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə təhsil müəssisələrinin kitabxanalarına verilib. Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Sərəncama uyğun olaraq bütün təhsil müəssisələrinin kitabxanalarında həmin kitablardan ibarət guşələr yaradılır.
Məktəblərdə müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərinə 942 sağlamlıq imkanı məhdud uşaq cəlb edilib. Məktəbdənkənar tərbiyə müəssisələrinə isə 86 sağlamlıq imkanı məhdud uşaq cəlb olunub.
Təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Hər il təhsil yarmarkalarının təşkil edilməsi bu istiqamətdə atılan ən mühüm addımlardandır. Bu il avqustun 25-26-da növbəti təhsil yarmarkası keçirilib, gənc kadrlar ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətə başlayıb. Bütün bunlar məktəblərin pedaqoji kadr təminatının yerinə yetirilməsi ilə yanaşı, həm də gənclərin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir.
Təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın məzunlarının buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. Şagirdlərin təhsilə marağı artıb, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşıb. Belə ki, bu il Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2 min 399 nəfər olub. 2017-ci ildə cari ilin məzunlarından 1368-i ali təhsil müəssisələrinə, 239-u müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə, 251-i isə tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunub ki, bu da sənəd verənlərin 73,1 faizini təşkil edir. Əvvəlki illərin məzunlarından isə 128-i ali məktəblərə qəbul olub. 2017-ci ildə ali məktəblərə qəbul imtahanlarında 4-ü əvvəlki ilin məzunu olmaqla, 289 nəfər 500-700 arası bal toplayıb.
Bu gün Naxçıvan Muxtar Respublikasında təhsilin bütün pillələri üzrə inkişaf təmin edilib. Orta məktəblərlə yanaşı, orta ixtisas, peşə və ali məktəblər üçün də yeni binalar tikilib istifadəyə verilib, müasir tədris şəraiti yaradılıb. Bununla yanaşı, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyəti də təmin edilib.
Təbii ki, bütün sadalananların arxasında insan amili, onun qloballaşan dünyanın tələbləri səviyyəsində təhsil almasına hədəflənmiş diqqət və qayğı dayanır. Təhsil isə cəmiyyətin inkişafında başlıca amildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”.
Emtv.az