17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Birinci rübdə Naxçıvan Muxtar Respublikasında 5 yeni məktəb binası istifadəyə verilib
Bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində 5 yeni məktəb binasının istifadəyə verilməsi, təhsil müəssisələrinin ən müasir avadanlıqlarla təchiz edilməsi təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçən tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov deyib.
Məmməd Qəribov təhsil quruculuğu sahəsində görülən işlərdən, orta təhsilin inkişaf səviyyəsindən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib, ali və orta ixtisas təhsili müəssisələrinin birgə fəaliyyətinin tədrisin və təhsilin yüksək səviyyədə qurulmasında mühüm rolundan danışıb.
Bu görüşün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirildiyini bildirən təhsil naziri vurğulayıb ki, pedaqoji profilli hamiliyə götürülmüş ixtisaslarda təhsil alan tələbələrlə keçirilən görüşlər böyük əhəmiyyətə malikdir. O, müasir təhsillə bağlı yanaşmaların formalaşmasında müəllim hazırlığının vacibliyindən söz açaraq deyib ki, bu gün muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrində təhsil alanların yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə yiyələnmələri daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi muxtar respublikada yerləşən ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqələrini daim genişləndirərək, pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin təcrübələrinin tam orta məktəblərdə keçirilməsi prosesində yaxından iştirak edir.
Məmməd Qəribov qeyd edib ki, pedaqoji təcrübə müddətində tələbələrin tam orta məktəblərdə pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Təcrübə müddətində müasir təhsil sistemində pedaqoji yeniliklərin, fənn kurikulumlarının və yeni təlim texnologiyalarının tətbiqi ilə aparılan tədris prosesinin üstünlüklərinin tələbələrə aşılanması təmin edilir, ümumtəhsil məktəblərində tətbiq olunan yeni dərsliklər, dərs vəsaitləri və elektron tədris vasitələrindən səmərəli istifadə yolları təcrübi şəkildə öyrədilir. Bundan başqa, pedaqoji təcrübə zamanı məktəblilərə müasir yanaşma formaları, müəllim-şagird-valideyn əlaqələrinin yaradılması, məktəbə rəhbərliyin metodları, şagirdlərlə psixoloji işin aparılması yolları, ümumilikdə, təhsil sahəsində mövcud olan bütün yeniliklər çatdırılır.
Sonra təhsil prosesində müxtəlif sahələri əhatə edən mövzular ətrafında çıxışlar olub, tələbələr təşkil edilən kitab sərgisinə, müəllim və kurikulum guşələrinə baxıblar.
Emtv.az